Fransız bölməsi

2004-cü ildən Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən Fransız modeli, beynəlxalq, inteqrativ ANA MƏKTƏB – ÈCOLE MATERNELLE layihəsində uşağın 3 yaşından 17 yaşına qədər bir təhsil müəssisəsində təhsil alması nəzərdə tutulur. “Ana məktəb” öz xüsusi tədris planları və proqramları əsasında fəaliyyət göstərir. Layihənin əsas məqsədi erkən yaş dövründən uşaqların məktəbə hazırlığını təşkil etmək, eyni zamanda xarici dillərin öyrədilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün şərait yaratmaqdır.

“Ana məktəb” məzunları təhsillərini 132-134 nömrəli Təhsil Kompleksində fransız modeli ibtidai siniflərdə (tədris dili: rus) davam etdirirlər, eyni zamanda Təhsil Kompleksimizin IB PYP Beynəlxalq Proqramına müraciət edə bilərlər.

İbtidai sinif məzunları qəbul imtahanı nəticələrinə uyğun olaraq təhsillərini Təhsil Kompleksimizin IB MYP Beynəlxalq Proqramında və ya Azərbaycan və Rus bölməsi üzrə müvafiq siniflərdə davam etdirirlər.