Azərbaycan və Rus bölməsi

132-134 nömrəli Təhsil Kompleksi Bakı şəhəri 132 nömrəli məktəbin (Azərbaycan bölməsi) və Beynəlxalq Təhsil Kompleksinin (134 nömrəli məktəb (Rus bölməsi) və 57 nömrəli uşaq bağçası) bazasında 2010-cu ildə əsaslı şəkildə yenidənqurmadan sonra istifadəyə verilmişdir.

“132-134” – bu nömrələr hər bir bakılıya yaxşı tanışdır, məhz bu səbəbdən əsaslı təmir və bərpa işlərindən sonra yaradılmış Təhsil Kompleksinin adında bu nömrələr saxlanıldı.

Hazırda Təhsil Kompleksində Azərbaycan bölməsi (75%) Rus bölməsinə (25%) nisbətən üstünlük təşkil edir. Azərbaycan bölməsinə qəbul imtahanlarında rəqabət daha yüksəkdir.

Təhsil Kompleksində 3000-dən çox şagird təhsil alır. Bu il birinci siniflərə 300 şagird qəbul edilib.