Kitabxanalar

132-134 nömrəli Təhsil Kompleksində üç çoxşaxəli və zəngin kitabxana fəaliyyət göstərir. Hər kitabxana fərqli bölmələr üzrə – Azərbaycan, Rus və İngilis bölmələrinin şagirdlərinə xidmət edir. Kitabxanalarımızda dərsliklərlə yanaşı, milli və dünya ədəbiyyatının nümunələri, müxtəlif elm sahələri üzrə kitablar və informasiya resursları toplanılır, mühafizə olunur və ildən-ilə zənginləşdirilir.

  • Kitabxanalarımız bütün yaş qrupları üzrə şagirdlərimizin fəaliyyətində yaxından iştirak edən mühüm mərkəzlərdir;
  • Burada məktəblilər kitablar və genişmiqyaslı informasiya resursları ilə tanış olmaq və faydalanmaq imkanları əldə edirlər;
  • Burada şagirdlərimiz mütaliə alışqanlıqları qazanır və onlarda həvəskar oxucu keyfiyyətləri formalaşır;
  • Kitabxanalarımız dərs oxunması, kitab əldə olunması, komanda layihələri üçün görüş yeri, eləcə də müxtəlif tapşırıqların icrası üçün zəngin resursların qorunduğu məkanlardır.