Beynəlxalq Bakalavriat Proqramları (IB) unikal tədris və təhsil imkanları təklif edir. IB bir çox dünya ölkələrinin ümumtəhsil məktəblərində tədris olunur. Hazırda qlobal miqyasda çoxsaylı IB Dünya Məktəbləri fəaliyyət göstərir və dünyanın aparıcı universitetləri IB Diplom Proqramının nüfuzunu təsdiq edir.

IB şagirdinin, o cümlədən 132-134 nömrəli Təhsil Kompleksinin IB şagirdlərinin beynəlxalq prototipinə aşağıdakılar daxildir:

  • Mürəkkəb problemlərin həllində geniş aspektli düşüncəyə malikdirlər;
  • Özünəməxsus təhsil metodları tətbiq edirlər;
  • Dünyanın ən nüfuzlu universitetlərinə qəbulun təmini bu tədris proqramının başlıca tərkib elementidir;
  • İkinci xarici dili mükəmməl səviyyədə mənimsəmə dünyagörüşünü genişləndirir;
  • Qloballaşan və sürətlə dəyişən dünyada fəal iştirak etmək bacarıqları qazanırlar.

Dünyanın 150-dən çox ölkəsində və 5000-dən çox IB Dünya Məktəbində tədris olunan IB proqramı qlobal miqyasda özünün mükəmməllik standartlarını təsdiq edir. Şagirdlərimiz və məzunlarımız çoxəhatəli qlobal təhsil şəbəkəsinin mühüm tərkib hissələri olmağa davam edirlər:

  • Fevral 2022-ci il tarixinə aid məlumatlara əsasən, dünyanın 159 ökəsində 5400 ümumtəhsil müəssisəsində 7500-dən çox IB proqramı tədris olunur.
  • IB şagirdlərində güclü akademik, sosial və mental bacarıqlar formalaşır. Şagirdlərimiz digər tədris kurrikulumları üzrə təhsil alanlarla müqayisədə daha yüksək akademik nailiyyətlərə mailkdirlər.

132-134 nömrəli Təhsil Kompleksində IB proqramı:

  • 132-134 nömrəli Təhsil Kompleksi 2017-ci ildən Beynəlxalq Bakalavriat (IB) təşkilatının üzvüdür
  • Hazırda 3 Beynəlxalq Bakalavriat Proqramları təklif olunur: DP (15-17 yaş)
  • Tədris dili: İngilis dili
  • Peşəkar təlim keçmiş Beynəlxalq IB müəllimləri

Əlavə məlumat və qeydiyyat üçün əlaqə: +994 50 430-56-06

Beynəlxalq Bakalavriat Proqramları IB DP