Qısa məlumat:

TARİX VƏ UNİKALLIĞIN AHƏNGDARLIĞI

TARİX

1863-cü ildə Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsinin (ilk qızlar məktəbinin) əsası qoyulmuşdur.

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Lisey statusuna malik olan Təhsil Kompleksimiz ibtidai və tam orta təhsil, o cümlədən məktəbəqədər hazırlıq üzrə xidmətlər göstərir, həmçinin Beynəlxalq Bakalavriat (IB) və 18 illik təcrübə ilə fəaliyyət göstərən Fransız modeli “Ana Məktəb - Ècole Maternelle” kimi təhsil proqramları təklif edir.

AKKREDİTASİYA

Biz, keyfiyyətli və müasir standartlara uyğun tədris prosesini həyata keçirmək üçün milli və beynəlxalq səviyyədə təhsil qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıyıq. Təhsil İslahat proqramından irəli gələn yeni tipli təhsil müəssisələrinin yaradılması, səmərəli idarəetmə sisteminin qurulması, müasir standartlara uyğun təhsil prosesinin təşkili, innovasiyaların tətbiqi, istedadlı uşaqların təhsili və inkişafı üçün əlverişli təlim şəraitinin qurulması, eləcə də tarixi ənənənin bərpası məqsədilə Təhsil Nazirinin 22.09.2010-cu il tarixli 1257 nömrəli əmrinə əsasən Bakı şəhəri 132 nömrəli məktəbin və Beynəlxalq təhsil kompleksinin (134 nömrəli məktəb və 57 nömrəli uşaq bağçası) bazasında “132-134 nömrəli təhsil kompleksi” yaradılmışdır. 2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş və 132-134 nömrəli Təhsil Kompleksi adı ilə fəaliyyətini uğurla davam etdirən təhsil müəssisəsinin bu illər müddətində bir sıra naliyyətləri var. 132-134 nömrəli Təhsil Kompleksi 17 avqust 2017-ci il tarixindən Beynəlxalq Bakalavriat (IB) təşkilatının üzvüdür və Kompleksimizdə Beynəlxalq Bakalavriat (IB) Proqramı tədris olunur. (https://www.ibo.org/en/school/051228 )

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ TƏMSİLÇİLİK

11 noyabr 2004-cü ildə Təhsil Kompleksi nəzdində Azərbaycanda ilk dəfə olaraq Fransız modeli olan “Ana məktəb” layihəsi fəaliyyətə başlamışdır. Təhsil Kompleksi 1999-cu ildən YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin (UNESCO Associated Schools Network) üzvüdür. 132-134 nömrəli Təhsil Kompleksi ADA Universiteti nəzdində fəaliyyət göstərən ADA Məktəbinin baza məktəbidir. (18.02.2015-ci il tarixində ADA Universiteti ilə 132-134 nömrəli Təhsil Kompleksi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır) 132-134 nömrəli Təhsil Kompleksi bir çox Avropa ölkələri, Türkiyə, Rusiya və digər ölkələrin ümumtəhsil müəssisələri ilə qardaşlaşmış məktəblər layihəsi çərçivəsində əməkdaşlıq edir. (Ecole de Roshes (Fransa Beynəlxalq Məktəbi, 2011); Liceo I. Newton (Nyuton Liseyi, İtaliya, 2013); L’Institut Français d’Azerbaïdjan (Azərbaycan Fransız İnstitutu, Azərbaycan, 2013); Galatasaray Lisesi (Galatasaray Liseyi, Türkiyə, 2014); Филиал Московского государственного университета имени М.В.Ломоносова в г. Баку (Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan, 2014); Домодедовская гимназия №5 (Domodedovo Gimnaziyası, Rusiya, 2014); Домодедовский филиал Российского государственного гуманитарного университета (Rusiya Dövlət Humanitar Universitetinin filialı, Rusiya, 2015); Lycée Français de Bakou (Bakı Fransız Liseyi, Azərbaycan, 2019); Şehit Murat Akdemir Anadolu Lisesi (Şəhid Murat Akdemir Anadolu Liseyi, Türkiyə, 2020)

ŞAGİRDLƏRİN SAYI

2731 nəfər

PEDAQOJİ HEYƏTİN SAYI

195 nəfər

HAQQIMIZDA