Vizyon
Vizyon
Şagirdlərimizi keyfiyyətli, müasir, təhsilalanların fərdi potensiallarını inkişaf etdirən və layiqli şəxsiyyət, vətəndaş kimi yetişmələrinə xidmət edən geniş perspektivli təhsillə təmin etmək
Missiya
Missiya
Əsas dəyərlər
Əsas dəyərlər
- Biz, həyata keçirdiyimiz hər bir fəaliyyətdə Mükəmməllik, Nizam-intizam, Etibar, Məsuliyyət, Dostluq, Yaradıcılıq, Komanda işi, Qətiyyət və Yaxşı nəticələr kimi dəyərləri yüksək qiymətləndiririk.
- Təhsilverənlər və təhsilalanlar üçün qayğıkeş və dəstəkləyici mühitin təmin olunması. Təhsil Kompleksimizdə pedaqoji heyət və şagirdlərimiz arasında mentorluq münasibətləri formalaşır. Qarşılıqlı hörmət, təhsilalanların həvəsləndirilməsi və hər mərhələdə yüksək dəstəyin nümayiş olunduğu Kompleksimizdə məktəblilər özlərini təkmilləşdirmək və yeni bacarıqlar qazanmaq üçün geniş və çoxşaxəli imkanlar əldə edirlər.
- Məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil səviyyələrində innovativ, inklüziv və daima təkmilləşən keyfiyyətli təhsil xidməti göstərmək. Hədəfimiz – valideynlərlə sıx əməkdaşlıq şəraitində, bütün yaş qrupları üzrə şagirdlərimiz üçün mükəmməl və keyfiyyətli təhsil təmin etmək, eyni zamanda xüsusi istedadlı və yüksək potensiallı məktəblilərin fərdi inkişafını təşviq etməkdir.
- Müasir təhsil standartlarının tələblərinə, təhsilalanların maraqlarına və yüksək nəticələrin əldə olunmasına hədəflənən kurrikulumun tətbiqi
- Şagirdlərin hərtərəfli inkişafını təşviq edən fərqli təcrübələr imkanı – təhsilalanları müasir tələblərə uyğun gələcəyin peşəkar mütəxəssisləri kimi hazırlamaq məqsədilə geniş dünyagörüşünün təmin olunması. Biz, şagirdlərimizdə yalnız yüksək akademik nəticələri deyil, eyni zamanda cəmiyyət üçün korporativ məsuliyyəti dərk edən və ictimai proseslərdə vətəndaş mövqeyini ifadə edəcək şəxsiyyətlər, gələcək liderlər formalaşdırmağı hədəfləyirik.
- Sağlam iş mühitində pedaqoji heyətin unikal peşəkar təcrübə qazandığı korporativ əməkdaşlıq və fərdi inkişaf modelini tətbiq etmək – burada yüksək akademik biliklər, sosial davranış bacarıqları, özünə və başqalarına hörmət, çalışqanlıq, təcrübədən və əldə olunan nəticələrdən öyrənərək fəaliyyəti təkmilləşdirmək yüksək qiymətləndirilir.