Təhsil Kompleksi 17 avqust 2017-ci il tarixindən Beynəlxalq Bakalavriat (IB) təşkilatının üzvüdür və Kompleksimizdə Beynəlxalq Bakalavriat (IB) Proqramı tədris olunur. (https://www.ibo.org/en/school/051228 )

Azərbaycanda ilk dəfə olaraq 2004-cü ildə Avropa (Fransa) modeli olan “Ana məktəb” layihəsi Təhsil Kompleksi nəzdində fəaliyyətə başlamışdır. Bu layihə çərçivəsidə uşaqlar 3 yaşından etibarən məktəb təliminə cəlb edilir. Kompleksimiz ilk təhsil müəssisəsidir ki, uşaqlar 3 yaşından 17 yaşına qədər məhz burada təhsil alırlar. Fransız modeli olan beynəlxalq, inteqrativ “Ana məktəb”layihəsinin əsas məqsədi erkən yaş dövründən uşaqların məktəbə hazırlığını təşkil etmək, eyni zamanda xarici dillərin öyrədilməsi, onların şəxsiyyət kimi yetişməsi üçün şərait yaratmaqdır.

“İstedad” Beynəlxalq Təhsil Kompleksi (134 saylı orta məktəb) 2008-2009-cu dərs ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur.

Təhsil Kompleksi 1999-cu ildən YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinin (UNESCO Associated Schools Network) üzvüdür.

Biz, keyfiyyətli və müasir standartlara uyğun tədris prosesini həyata keçirmək üçün milli və beynəlxalq səviyyədə təhsil qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafında maraqlıyıq.

132-134 nömrəli Təhsil Kompleksi bir çox Avropa ölkələri, Türkiyə, Rusiya və digər ölkələrin ümumtəhsil müəssisələri ilə qardaşlaşmış məktəblər layihəsi çərçivəsində əməkdaşlıq edir:

  • Ecole de Roshes (Fransa Beynəlxalq Məktəbi, 2011);
  • Liceo I. Newton (Nyuton Liseyi, İtaliya, 2013);
  • L’Institut Français d’Azerbaïdjan (Azərbaycan Fransız İnstitutu, Azərbaycan, 2013);
  • Galatasaray Lisesi (Galatasaray Liseyi, Türkiyə, 2014);
  • Филиал Московского государственного университета имени М.В.Ломоносова в г. Баку (Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan, 2014);
  • Домодедовская гимназия №5 (Domodedovo Gimnaziyası, Rusiya, 2014);
  • Домодедовский филиал Российского государственного гуманитарного университета (Rusiya Dövlət Humanitar Universitetinin filialı, Rusiya, 2015);
  • Lycée Français de Bakou (Bakı Fransız Liseyi, Azərbaycan, 2019);
  • Şehit Murat Akdemir Anadolu Lisesi (Şəhid Murat Akdemir Anadolu Liseyi, Türkiyə, 2020)

Beynəlxalq əməkdaşlıq