Beynəlxalq Bakalavriat (IBDP) Proqramı üzrə yüksək nəticə əldə edən məzunlarımız:
45 bal tələbənin məktəbi bitirmə sertifikatı imtahanı üzrə əldə edə biləcəyi maksimum nəticədir
2021/2022-ci tədris ili məzunları
- Nihad Nəcəfquliyev (41/45)
- Viktoriya Sidorova (40/45)
- Əliemir Babayev (34/45)
2020/2021-ci tədris ili məzunları
- Emin Xəlifəyev (44/45)
- Valid Əliyev (41/45)
- Murad Haqverdi (37/45)
- Efsir Süleymanov (36/45)
Beynəlxalq Bakalavriat Proqramları (IB) unikal tədris və təhsil imkanları təklif edir. IB bir çox dünya ölkələrinin ümumtəhsil məktəblərində tədris olunur. Hazırda qlobal miqyasda çoxsaylı IB Dünya Məktəbləri fəaliyyət göstərir və dünyanın aparıcı universitetləri IB Diplom Proqramının nüfuzunu təsdiq edir.
Dünyanın 150-dən çox ölkəsində və 5000-dən çox IB Dünya Məktəbində tədris olunan IB proqramı qlobal miqyasda özünün mükəmməllik standartlarını təsdiq edir. Şagirdlərimiz və məzunlarımız çoxəhatəli qlobal təhsil şəbəkəsinin mühüm tərkib hissələri olmağa davam edirlər:
- Fevral 2022-ci il tarixinə aid məlumatlara əsasən, dünyanın 159 ökəsində 5400 ümumtəhsil müəssisəsində 7500-dən çox IB proqramı tədris olunur.
- IB şagirdlərində güclü akademik, sosial və mental bacarıqlar formalaşır. Şagirdlərimiz digər tədris kurrikulumları üzrə təhsil alanlarla müqayisədə daha yüksək akademik nailiyyətlərə mailkdirlər.
132-134 nömrəli Təhsil Kompleksi 2017-ci ildən Beynəlxalq Bakalavriat (IB) təşkilatının üzvüdür.
Hazırda 3 Beynəlxalq Bakalavriat Proqramları təklif olunur: PYP (6-10 yaş), MYP (11-15 yaş), DP (15-17 yaş)
132-134 nömrəli Təhsil Kompleksində IB proqramı:
Tədris dili: İngilis dili
Peşəkar təlim keçmiş Beynəlxalq IB müəllimləri
Əlavə məlumat və qeydiyyat üçün əlaqə: +994 50 430-56-06