44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərin ikinci ildönümü və 8 Noyabr – Zəfər Günü münasibətilə 132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri arasında “44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsədlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış tarixi Zəfər haqqında məktəbliləri geniş məlumatlandırmaq, eyni zamanda, xüsusi istedada malik uşaqları üzə çıxararaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaqdır.
132-134 nömrəli Təhsil Kompleksinin şagirdlərinin böyük marağına səbəb olan və çoxsayda videoçarxın təqdim olunduğu müsabiqənin qalibləri:
- “X B” sinif şagirdi İmranov Heydər və “VIII C” sinif şagirdi Quluzadə Aysu
- “X A” sinif şagirdi Şalbuzov Əbdülrəşid
- “IX F” sinif şagirdi Osmanəliyeva Saule
- “VII IB” şagirdi Novruzzadə Vaqif
“44 günlük Vətən müharibəsinə həsr olunan ən yaxşı videoçarx” müsabiqəsinin qalibləri Təhsil Kompleksinin diplomları ilə təltif olundular.