132-134 nömrəli Təhsil Kompleksində Rus bölməsi IX sinif şagirdləri “Yaşıl həyat tərzi və Azərbaycanın yaşıl dünya vizyonu” mövzusunda tədqiqat layihəsini təqdim etdilər. “Həyat bilgisi” fənni çərçivəsində hazırlanan və işlənilən layihədə məktəblilər komandalara bölünərək iki həftə müddətində aşağıdakı mövzuları araşdırdılar:
1) “Yaşıl kvadrat” prinsipi;
2) Tullantılar üçün “ikinci həyat”;
3) Yaşıl həyat tərzi və ekoloji yaşamağın zəruriliyi;
4) İnsanın bioloji aləmə təsiri;
5) Qlobal ekoloji problemləri yaradan faktorlar və onlarla mübarizə yolları;
6) COP 29 və Azərbaycanın yaşıl dünya vizyonu
Komandalar araşdırdıqları mövzular üzrə təqdimatlar, maketlər, məlumat broşürləri, rəsmlər və plakatlar hazırladılar. Təqdimat zamanı məktəblilər mövzu ilə bağlı öyrəndikləri məlumatlar və əldə olunan nəticələr barədə maketlər əsasında interaktiv çıxışlar etdilər.
Layihə təqdimatı çərçivəsində həmçinin “Ekosistem və təbiətin qorunması” mövzusunda komanda oyunu-diskussiya təşkil olundu.
Layihə rəhbəri: Kompleksin biologiya, həyat bilgisi və STEAM müəllimi Rübabə Səmədova