XƏBƏRLƏR

Məktəblilər “Yaşıl həyat tərzi və Azərbaycanın yaşıl dünya vizyonu” mövzusunda tədqiqat layihəsini təqdim etdilər

132-134 nömrəli Təhsil Kompleksində Rus bölməsi IX sinif şagirdləri “Yaşıl həyat tərzi və Azərbaycanın yaşıl dünya vizyonu” mövzusunda tədqiqat layihəsini təqdim etdilər. “Həyat bilgisi” fənni çərçivəsində hazırlanan və işlənilən layihədə məktəblilər komandalara bölünərək iki həftə müddətində aşağıdakı mövzuları araşdırdılar:

1) “Yaşıl kvadrat” prinsipi;
2) Tullantılar üçün “ikinci həyat”;
3) Yaşıl həyat tərzi və ekoloji yaşamağın zəruriliyi;
4) İnsanın bioloji aləmə təsiri;
5) Qlobal ekoloji problemləri yaradan faktorlar və onlarla mübarizə yolları;
6) COP 29 və Azərbaycanın yaşıl dünya vizyonu

Komandalar araşdırdıqları mövzular üzrə təqdimatlar, maketlər, məlumat broşürləri, rəsmlər və plakatlar hazırladılar. Təqdimat zamanı məktəblilər mövzu ilə bağlı öyrəndikləri məlumatlar və əldə olunan nəticələr barədə maketlər əsasında interaktiv çıxışlar etdilər.

Layihə təqdimatı çərçivəsində həmçinin “Ekosistem və təbiətin qorunması” mövzusunda komanda oyunu-diskussiya təşkil olundu.

Layihə rəhbəri: Kompleksin biologiya, həyat bilgisi və STEAM müəllimi Rübabə Səmədova

XƏBƏRLƏR

“Təbiəti qoruyaq və yaşıl enerjinin növləri” mövzusunda “COP29”-a həsr olunan Ərəb dili dərsi: Azərbaycan bölməsi “6 b” sinifi

Azərbaycan bölməsi “6 b” sinifində Ərəb dili dərsi “Təbiəti qoruyaq və yaşıl enerjinin növləri” mövzusuna və paytaxt Bakının evsahibliyi edəcəyi “COP29” tədbirinin əhəmiyyətinə həsr olundu.

Dərsdə məktəblilər qlobal iqlim dəyişmələrinin ekoloji nəticələri, insanın təsərrüfat fəaliyyətinin ətraf mühitə təsiri, ehtimal olunan iqlim dəyişmələrinin mümkün ssenariləri, yaşıl enerji növləri və istehsalatda tətbiqi barədə ərəb dilində təqdimatlarla çıxış etdilər. Dərsdə COP29-un mahiyyəti və Azərbaycanda təşkili barədə fikir mübadiləsi təşkil olundu.

Pedaqoq: Kompleksin Ərəb dili müəllimi Məmmədova Gülnara

XƏBƏRLƏR

“Reproduktiv sağlamlıq” mövzusunda maarifləndici görüş təşkil olundu

132-134 nömrəli Təhsil Kompleksində bu gün bütün VIII sinif qız şagirdlərinin iştirakı ilə psixoloq Əhmədova İnarə və həkim Aslan Mətanət tərəfindən “Reproduktiv sağlamlıq” mövzusunda məlumatlandırıcı və maarifləndirici görüş təşkil olundu. Görüşdə məktəblilərə “Reproduktiv sağlamlıq – azad seçim olmaqla insanın nəsil artırmaq qabiliyyətidir”, “Reproduktiv sağlamlığa təsir edən amillər”, “Yeniyetməlik yaşında anatomo-fizioloji və psixololoji dəyişikliklər”, “Yeniyetməlik dövründə sağlamlığın qorunmasında diqqət edilməli olan mühüm amillər” mövzularında ətraflı məlumat verildi, şagirdlərin bu mövzularla bağlı fikirləri öyrənildi və düzgün qabaqlayıcı tədbirlər haqqında məktəblilərə tövsiyələr təqdim edildi.

XƏBƏRLƏR

Rus bölməsi “7 c” sinifində 44 günlük Vətən müharibəsinə həsr olunan dərs

Rus bölməsi “7 c” sinifində bu gün “Zəfər tarixi” dərsi hər günü yeni zəfər olan 44 günlük Vətən müharibəsinə və 2020-ci il oktyabr ayı ərzində işğaldan azad edilən yaşayış məntəqələri, Azərbaycan Ordusunun Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı qələbələrinə həsr olundu. 

Dərsdə şagirdlər Azərbaycanın tarixi Qarabağ Zəfəri, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Zəfər yolu, bu müharibədə əldə olunan qələbədən sonra Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən misilsiz bərpa və yenidənqurma işləri, Qarabağa Böyük Qayıdış haqqında müzakirələrdə iştirak etdilər və mövzular üzrə təqdimatlarla çıxış etdilər.

Pedaqoq: Kompleksin Tarix müəllimi Qonaqova Firəngiz

XƏBƏRLƏR

Rus bölməsi “4 f” sinif şagirdləri “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi”ndə ekskursiyada oldular

Rus bölməsi “4 f” sinif şagirdləri açıq səma altında yaradılmış “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi”ndə ekskursiyada oldular.

Ekskursiya zamanı şagirdlər muzeydə sərgilənən eksponatlarla, o cümlədən dulusçuluq, xalçaçılıq və digər sənət növlərinə aid tarixi və milli elementlərlə yaxından tanış oldular.

Ekskursiya rəhbəri: Rus bölməsi “4 f” sinif rəhbəri Məmmədova Lalə

 

XƏBƏRLƏR

Məktəb mühitinə psixoloji dəstək: Psixoloq V sinif şagirdləri ilə görüşdü

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən V sinif şagirdləri ilə görüşdü, məktəblilərin təlim prosesində iştirakı, şagirdlərin ibtidai sinifdən sonra tədris sisteminə adaptasiyası, fənn müəllimləri ilə münasibətləri haqqında sorğu keçirdi və uşaqların yaş qrupuna uyğun təlimin optimallaşdırılması məqsədilə korreksiya tövsiyələrini verdi.

XƏBƏRLƏR

COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı dərslər

Cari il COP29-un (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının) paytaxt Bakıda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar məktəbimizdə təşkil olunan dərslərdə şagirdlərə COP29 barədə ətraflı məlumatlar təqdim edilir və məktəblilərlə fəal müzakirələr aparılır.

Dərslərdə şagirdlər mövzu ilə bağlı təqdimatlarla çıxış edir, COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi, siyasi, ictimai əhəmiyyətini müzakirə edir və bəşəriyyət üçün təhlükə yaradan ekoloji problemlərin həllinin vacibliyini vurğulayır.  

Foto: Azərbaycan bölməsi “6 b” sinifi (Pedaqoq: Kompleksin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ağakərimova Elnarə), Rus bölməsi “7 a” və ” 7 c” sinifləri (Pedaqoq: Kompleksin Azərbaycan dili və ədəbiyyatı müəllimi Abbasova Mehriban)

Təqdimat – Niftəliyeva Zəhra 6b

XƏBƏRLƏR

“Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda dərs-müzakirə: Azərbaycan bölməsi “10 c” sinifi

Azərbaycan bölməsi “10 c” sinifində 18 Oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda dərs-müzakirə təşkil olundu. Məktəblilər Azərbaycanın dövlət müstəqilliyi, dövlət suverenliyi və ərazi bütövlüyünün təmini ilə bağlı çıxışlar etdilər, mövzu ətrafında müzakirələr apardılar.

Pedaqoq: Kompleksin Tarix müəllimi Pərvanə Xəlilova

XƏBƏRLƏR

18 Oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “dəyirmi masa” təşkil olundu

Bu gün, Azərbaycan bölməsi 9-10-cu sinif şagirdlərinin iştirakı ilə 18 Oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “dəyirmi masa” təşkil olundu. “Dəyirmi masa” ətrafında mövzu ilə bağlı çıxışlar edən məktəblilər Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etməsi tarixindən, Azərbaycan xalqının əsrlər boyu ərazi bütövlüyü uğrunda əzmkar mübarizəsindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini əbədi və dönməz edən siyasətindən, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qazandığı tarixi Qarabağ Zəfərindən və ölkə başçısının uzaqgörən diplomatiyası nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasından qürurla danışdılar. Vurğulandı ki, müstəqillik xalqımızın milli dəyəridir və bu gün Azərbaycanın şanlı üçrəngli Dövlət Bayrağının ölkəmizin bütün şəhər və rayonlarında dalğalanması xalqımızın müstəqillik və mübarizliyinin rəmzidir.

“Dəyirmi masa” Kompleksin direktor müavini Şəfəq Şirinova və Tarix müəllimi Aygün Əfəndiyevanın rəhbərliyi ilə təşkil olundu.