XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin Tarix müəllimi Aygün Əfəndiyevanın rəhbərliyi və yuxarı sinif şagirdlərinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “dəyirmi masa” keçirildi.

Məktəblilər bu əlamətdar günün qeyd olunması tarixindən, Ulu Öndər Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin dünya azərbaycanlılarının birliyi üçün əvəzsiz xidmətlərindən, xalqımızın və torpaqlarımızın tarixən keçdiyi inkişaf yolundan və müasir müstəqil Azərbaycanın möhtəşəm uğurlarından danışdılar, Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində Vətən Müharibəsində əldə edilən tarixi Qələbədən sonsuz fəxarət və sevinc hissləri keçirdiklərini bildirdilər.

Vurğulandı ki, 44 günlük Zəfər yürüşündə bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının, o cümlədən gənclərin Ali Baş Komandanımızın ətrafında dəmir yumruq kimi sıx birləşməsində, sarsılmaz dövlət, xalq və ordu birliyinin nümunəsində bariz formada özünü göstərən həmrəyliyimiz şanlı qalibiyyətimizin əsas komponentlərindən birini təşkil edir.

Şagirdlər Azərbaycan dövlətinin bu gün etibarlı əllərdə olduğunu fəxrlə qeyd etdilər və Prezidentimiz İlham Əliyevə şərəfli fəaliyyətində uğurlar arzuladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.