XƏBƏRLƏR
şərh yoxdu

Hazırda bəşər cəmiyyətinin qarşısında duran bütün problemlərin həllində Dayanıqlı İnkişaf Məqsədləri mühüm rol oynayır. Dayanıqlı inkişafda əsas məqam bugünkü nəslin ehtiyaclarını təmin edərkən gələcək nəsil üçün problem yaratmamaqdır. Bu baxımdan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması yolları cəmiyyətdə, o cümlədən yeniyetməlik yaşından etibarən gənclər arasında ətraflı müzakirə edilməli, bu sahədə dövlətlərarası əməkdaşlıq gücləndirilməlidir.

Dayanıqlı inkişafın 4-cü məqsədi “İnklüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etmək”, 8-ci məqsəd isə “İnklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu təbliğ etmək” məsələləridir. Cəmiyyətin inkişafında təhsil böyük əhəmiyyətə malikdir. Bu gün 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Aytən Quliyevanın rəhbərliyi ilə 9-cu sinif şagirdləri olan qızlar üçün universal təhsil məqsədlərinə həsr olunan “Hamı üçün inklüziv və keyfiyyətli təhsilin təminatı və ömrü boyu təhsilin təşviq edilməsi” mövzusunda seminar təşkil olundu. Seminarda Azərbaycanda təhsildə, elmdə gender bərabərliyindən, ölkəmizdə bu sahədəki vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıldı. Qeyd olundu ki, bütün gənclərin genderdən asılı olmayaraq keyfiyyətli təhsilə azad, bərabər çıxış imkanının, savadlanmasının təmin edilməsi, məşğulluq, layiqli əmək və sahibkarlıq fəaliyyəti üçün məqbul texniki və peşə vərdişlərinə malik olan gənclərin sayının əhəmiyyətli dərəcədə artırılması Dayanıqlı İnkişaf Məqsədlərində gənclərlə bağlı əsas hədəflər kimi müəyyən edilib. Bu gün ölkəmizdə qadınların bütün sahələrdə inkişafına, o cümlədən elmi fəaliyyətdə uğur qazanmasına xüsusi diqqət yetirilir.

Seminarda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında gənclərin imkanları, o cümlədən təhsildə və elmdə qadın və qızların rolu, onların elmi və texnoloji sahələrdə fəal iştirakının təmin edilməsi ilə bağlı anket sorğusu aparıldı, gənclərin bu mövzu ilə bağlı fikirləri öyrənildi və gəncləri maraqlandıran suallar cavablandırıldı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.