XƏBƏRLƏR

Məktəb psixoloji xidmətində əsas işlərdən biri uşaqların məktəbə psixoloji hazırlığının diaqnostikasını verməkdir. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək bir tərəfdən məktəbdə ilk gündən şagirdlərin potensialına uyğun iş aparmaq, digər tərəfdən həmin sahədəki mümkün çatışmazlıqları aradan qaldırmaq üçün şərait yaradır. Bütün bu yollarla aparılan yoxlama işi uşağın məktəbə hazırlıq səviyyəsini aşkara çıxarmağa, bu sahədə onun valideyninə və müəllimlərinə müvafiq məsləhətlər verməyə imkan verir. Bununla da şagirdlərin fəaliyyətini və inkişafını idarə etmək prosesi asanlaşır.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün Azərbaycan bölməsi üzrə ibtidai sinif şagirdləri ilə görüşdü və uşaqların məktəb təliminə psixoloji cəhətdən hazırlığını müəyyən edən keyfiyyət göstəriciləri üzrə I-IV siniflərdə məktəblilərlə sorğu təşkil etdi.

Məktəblilərlə söhbət zamanı uşaqlarda məktəb və təlim vəzifələrinin mənasını başa düşmək, özünənəzarət və özünüqiymətləndirmə vərdişlərini şüurlu surətdə dərk etmək, şagirdlərin müəllimləri və yoldaşları ilə davranış tərzi və iradi keyfiyyətlərin, xüsusilə fəallıq, təşəbbüskarlıq və s. inkişafı üzrə ümumi situasiya psixoloq tərəfindən siniflər üzrə qiymətləndirildi. IV sinif şagirdləri ilə onlar üçün bu ilin önəmi ilə bağlı xüsusi söhbət təşkil edildi və məktəblilərə dərslərinə qarşı daha məsuliyyətli olmaq tövsiyə edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.