132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün VI-IX sinif şagirdlərinin dərs prosesinə və məktəbə adaptasiyasını müşahidə etmək üçün siniflərdə oldu. Psixoloq şagirdlərlə qısa sual-cavablar əsasında yeniyetmələrdə keçid dövrü, müxtəlif yaş qruplarında yeni tələblərə uyğunlaşma, şəxsiyyət (6-cı sinif) və peşəkar olaraq (9-cu sinif) öz müqəddəratını təyinetmə dövrünün başlanğıcı ilə əlaqədar yarana biləcək risk faktorlarının diaqnostikasını apardı.
Sinif müəllimləri ilə söhbət zamanı “uşaqları tərbiyə edərək öyrətmək və öyrədərək tərbiyə etmək – bu yol psixoloji və pedaqoji baxımdan səmərəli yoldur” prinsipi bir daha vurğulandı.