Böyük Britaniyada hər il 21 oktyabr tarixində “Alma günü” qeyd olunur. Ən vitaminli meyvələrdən biri olan almalara və meyvə bağlarına həsr olunmuş bu qeyri-rəsmi bayram günündə Böyük Britaniya küçələrində meyvə yarmarkaları təşkil olunur, meyvələrə həsr olunan müxtəlif müsabiqələr, yarışlar təşkil olunur.
Rus bölməsi “3 c” sinif şagirdlərinin iştirakı ilə “Alma günü”nə həsr olunmuş praktiki seminar təşkil olundu. Məktəblilər təbiətin müxtəlifliyi və zənginliyi, o cümlədən meyvə bağları haqqında yeni məlumatlar əldə etdilər, almanın insan orqanizmi üçün faydalarını öyrəndilər, qrup-komanda formatında təqdimat posterləri, maketlər hazırladılar.
Müəllimə: Qəniyeva Sevda