“Heydər Əliyev İli” çərçivəsində dekabrın 21-də Təhsil Kompleksinin Azərbaycan bölməsi “8 b” sinif şagirdlərinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev – 100 il” mövzusunda İngilis dili fənni üzrə nümunəvi dərs təqdim olunub.
Dərsdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Məktəblilər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycanı dönməz müstəqilliyə, yüksək rifaha, inkişafa doğru aparan əbədiyaşar ideyalarına dair hazırladıqları kompozisiyaları İngilis dilində təqdim ediblər.
Tədbirdə Azərbaycan, İngilis və Rus dillərində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş çıxışlar edilib, şeirlər və mahnılar səsləndirilib.
Pedaqoqlar: Kompleksin İngilis dili müəllimi Əzimova Mehriban, “8 b” sinif rəhbəri, Kompleksin Biologiya müəllimi Məmmədova Məlahət