Oktyabrın 7-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən COP29 çərçivəsində “COP29 və iqlim dəyişmələri” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə ARTİ-nin şöbə müdiri Aynur Paşayeva, baş mütəxəssis Humay Cəbiyeva, ARTİ-nin əməkdaşı Fatma Sofiyeva və Təhsil Kompleksinin müəllimləri çıxış edərək məktəblilərə “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycanda keçirilməsinin siyasi, iqtisadi, ekoloji əhəmiyyətindən danışıblar. COP29-la bağlı məlumatların təhsil müəssisələrində təbliğ olunması, maarifləndirici görüşlərin keçirilməsi, ətraf mühitin qorunması üçün aksiyaların təşkil olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.