XƏBƏRLƏR

Rus bölməsi “3 c” sinifində “Azərbaycan – mənim həyatımdır!” adlı xüsusi dərs

şərh yoxdu

Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olan 28 May – Müstəqillik Günü münasibətilə Rus bölməsi “3 c” sinifində “Azərbaycan – mənim həyatımdır!” adlı xüsusi dərs təşkil olundu. 

Məktəblilər müasir müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi qorumaq və möhkəmləndirmək istiqamətində misilsiz xidmətləri, Prezident İlham Əliyevin Azərbaycanı qalib və ərazi bütövlüyü bərpa olunmuş ölkəyə çevirməsi haqqında çıxışlar etdilər, Azərbaycana həsr olunan şerlər səsləndirdilər və mahnılar ifa etdilər.

Pedaqoq: Qəniyeva Sevda

 

XƏBƏRLƏR

Azərbaycan bölməsi IX və X siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusuna həsr olunmuş dərslər keçirildi

şərh yoxdu

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bölməsi IX və X siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusuna həsr olunmuş dərslər təşkil olundu. Dərslərdə məktəblilər Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət haqqında geniş müzakirə apardılar.

Pedaqoq: Kompleksin Tarix müəllimi Əfəndiyeva Aygün

XƏBƏRLƏR

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinif şagirdləri “Qız Qalası”  tarixi – memarlıq abidəsinə ekskursiya etdilər

şərh yoxdu

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinif şagirdləri “Qız Qalası”  tarixi – memarlıq abidəsinə ekskursiya etdilər.

Şagirdlər abidəni ziyarət edərək bir çox tarixi faktlarla tanış oldular. Ekskursiya zamanı qeyd olundu ki, Qız qalasının hələ açılmamış çox sirləri var. Daha sonra bu möhtəşəm abidə ilə əlaqədar şagirdləri maraqlandıran suallar  ətraflı cavablandırıldı.

Pedaqoq: Nəsirova Nərminə

XƏBƏRLƏR

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 162-ci ildönümü münasibətilə Rus bölməsi “3 c” sinifində dahi satirik mütəffəkkirin yaradıcılığına həsr olunan xüsusi dərs təşkil olundu

şərh yoxdu

Görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 162-ci ildönümü münasibətilə Rus bölməsi “3 c” sinifində dahi satirik mütəffəkkirin yaradıcılığına həsr olunan xüsusi dərs təşkil olundu.

Dərsdə məktəblilər unudulmaz şairin şerlərində qeyd olunan tərbiyəvi kəlamlardan ibarət divar qəzeti və xüsusi posterlər hazırladılar, çıxışlar etdilər, şairin əsərlərini kiçik səhnəciklərlə ifa etdilər. Məktəblilər Mirzə Ələkbər Sabirin abidəsini ziyarət etdilər və görkəmli Azərbaycan ziyalısının əziz xatirəsini ehtiramla yad etdilər.

Pedaqoq: Qəniyeva Sevda

 

XƏBƏRLƏR

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinifində Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabirin yardıcılığına həsr olunan dərs

şərh yoxdu

Rus bölməsi “3 b – Sağlam Təhsil” sinif şagirdlərinin Rus dili fənindən Azərbaycanın görkəmli satirik şairi, mütəfəkkiri, ictimai xadimi və müəllimi Mirzə Ələkbər Sabirin yardıcılığına həsr olunan dərsi sinif otağı xaricində dahi Azərbaycan şairinin abidəsi qarşısında təşkil olundu.

Maraqlı formatda təşkil olunan dərsdə M.Ə.Sabir yaradıcılığı haqqında şagirdlərin fikirləri dinlənildi, həyatına dair məlumatlar müzakirə olundu və dahi satirikin şerləri səsləndirildi.

Pedaqoq: Nəsirova Nərminə

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin “Ekoklub” üzvləri COP29-un məqsədlərinə uyğun olaraq məktəbimizdə “Green corner” yaradılması təşəbbüsü ilə çıxış edirlər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin “Ekoklub” üzvləri olan məktəblilər dayanıqlı gələcəyə kömək etmək üçün fəaliyyətlərinə davam edirlər. “Ekoklub” üzvləri ətraf mühitin mühafizəsi üzrə öhdəliyin bir hissəsi kimi COP29-un məqsədlərinə uyğun olaraq məktəbimizdə “green corner” yaradılması təşəbbüsü ilə çıxış edirlər. Bu qlobal iqlim konfransı iqlimlə bağlı tədbirlərə təcili ehtiyac olduğunu vurğulayır və layihəmiz bu qlobal işə lokal töhfə vermək məqsədi daşıyır.

Ekoklub üzvləri yaşıllaşdırma prosesi vasitəsilə təkcə məktəbin yaşıllıq sahəsini genişləndirməyəcək, həm də biomüxtəlifliyin əhəmiyyəti, karbon emissiyalarının azaldılması və ekoloji məsuliyyət haqqında məlumat əldə edəcəklər. Əkilən hər bir bitki iqlim dəyişikliyinin azaldılması istiqamətində bir addım və planetimizi gələcək nəsillər üçün qorumaq vədini əks etdirir.

XƏBƏRLƏR

“Ekoloji problemlərin həlli məktəblilərin gözü ilə” mövzusunda STEAM layihəsinin təqdimatı keçirildi

şərh yoxdu

Bu gün 132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi bütün 8-ci sinif şagirdlərinin iştirakı ilə STEAM fənnində “Ekoloji problemlərin həlli məktəblilərin gözü ilə” mövzusunda tədris ilinin yekun layihəsinin təqdimatı keçirildi.

Layihə çərçivəsində hər sinif üzrə ekoloji problemlərlə mübarizə və planetimizdə ekoloji tarazlığın qorunması üçün ən uğurlu ideyalar seçilmiş və təqdimat üçün posterlər hazırlanmışdır. 

Layihə rəhbərləri: Kompleksin STEAM müəllimləri Qurbanova Xanım və Tağıyeva Günel 

XƏBƏRLƏR

Azərbaycan bölməsi “7 a” sinif şagirdləri üçün 1 №-li çörək zavoduna ekskursiya təşkil olundu

şərh yoxdu

Azərbaycan bölməsi “7 a” sinif şagirdləri üçün 1 №-li çörək zavoduna ekskursiya təşkil olundu. Zavod istehsalat sahəsində olan təmizliyi ictimaiyyətə çatdırmaq üçün ekskursiyalar təşkil edir.

Zavodun əməkdaşları çörək bişirilmə texnologiyası və avadanlıqlar haqqında məktəblilərə geniş məlumat verdilər. Zavodda olan səliqəlilik və çeşidlərin müxtəlifliyi ekskursiya iştirakçılarında xoş təəssüratlar yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi. Sonda şagirdlərə çörək məhsullarından hədiyyələr verildi.

Ekskursiya rəhbəri: Azərbaycan bölməsi “7 a” sinif rəhbəri, Kompleksin Riyaziyyat müəllimi Həsənova Aygün

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin şagirdi ABŞ-ın Beynəlxalq Elm və Mühəndislik Yarışmasında (ISEF) “Robotika” kateqoriyası üzrə Xüsusi mükafata layiq görülüb

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin İngilis bölməsi IBDP Proqramı 10-cu sinif şagirdi Hüseynov Xəzər məktəblilər üçün dünyanın ən nüfuzlu elm müsabiqəsi olan ABŞ-ın Beynəlxalq Elm və Mühəndislik Yarışmasında (ISEF) “Robotika” kateqoriyası üzrə Xüsusi mükafata layiq görülüb.

Hüseynov Xəzər “SABAHIN ALİMLƏRİ” XIII Respublika Müsabiqəsinin final mərhələsində “Kompüter elmləri” istiqaməti üzrə I yerə layiq görülüb, Qızıl medal mükafatçısı olub və müsabiqənin qalibləri sırasından seçilərək, ABŞ-da keçirilən növbəti mərhələdə Azərbaycanı uğurla təmsil edib.

Xəzəri bu yüksək təhsil nailiyyəti münasibətilə təbrik edir, şagirdimizə gələcəkdə yeni-yeni təhsil və elm uğurları arzu edirik!