Rus bölməsi “3d” sinif şagirdləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində ekskursiyada oldular.
Azərbaycan Milli Xalça Muzeyi – Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzeydir.
Məktəblilər Muzeydə “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” daimi ekspozisiyaları ilə tanış oldular, Azərbaycanda xalçaçılıq sənətinin tarixi və zəngin ənənələri, eləcə də dulusçuluq, rəssamlıq peşələri və onların sirrləri haqqında yeni və geniş məlumatlar əldə etdilər.
Ekskursiya rəhbəri: Pedaqoq Cəfərova Gülnarə