132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bu gün IX sinif şagirdləri üçün “Reproduktiv sağlamlıq” mövzusunda interaktiv seminar təşkil etdi.
Psixoloq məktəblilərə “Reproduktiv sağlamlığa təsir edən amillər”, “Yeniyetməlik yaşında anatomo-fizioloji və psixololoji dəyişikliklər”, “Travma və zorakılıq”, “Fiziki, mənəvi və cinsi zorakılıq halları, səbəbləri və nəticələri”, “Suiqəsd halları və səbəbləri”, “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzularında ətraflı məlumat verdi, şagirdlərin bu mövzularla bağlı fikirlərini öyrəndi, bu kimi problemlər yaşandığı təqdirdə düzgün qabaqlayıcı tədbirlər haqda məktəblilərə tövsiyələrini verdi.
Seminar məktəblilərlə fikir mübadiləsi, auditoriyanın müzakirədə interaktiv iştirakı formatında təşkil olundu.