XƏBƏRLƏR

7 fevral 2024-cü ildə Azərbaycanda Zəfər seçkisi keçirildi. Seçkidə xalqımız Prezident İlham Əliyevə etimadını, məhəbbətini, dəstəyini bir daha nümayiş etdirdi. Bu başqa cür ola da bilməzdi. Çünki, Azərbaycanın son 20 ildə inkişafı, əldə olunmuş bütün nailiyyətlər, tarixi Qarabağ Zəfəri məhz möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.

Qarabağın azad olunmağı hər bir azərbaycanlının arzusu idi. 44 günlük qısa müddətdə bu böyük arzunun reallaşması sözsüz ki, Azərbaycan Liderinin və Ali Baş Komandanının siyasi iradəsi, qətiyyəti, Azərbaycan ordusunun hərbi hazırlığı, ən müasir sialhlarla təminatı və Azərbaycan xalqının birliyi, qələbə əzminin nəticəsi oldu. Cənab Prezident də dəfələrlə qeyd edib ki, hərbi texnika, silah-sursat təminatı əsas olsa da, cəbhədə döyüşən, düşmənə qalib gələn, Azərbaycan bayrağını azad olunmuş ərazilərdə sancan qəhrəman Azərbaycan əsgəridir. Bu əsgərlər, gənclər də məhz cənab İlham Əliyevin hakimiyyəti dövründə yetişən, böyüyən, Vətən sevgisi ilə formalaşan gənclər idi. Ölkədə aparılan siyasət milli-mənəvi dəyərlərimizə sadiq, tarixini, xalqının milli mirasını, mədəniyyətini bilən, Vətən uğrunda gözünü qırpmadan düşmənin üzərinə şığıyan mərd Vətən övladları yetişdirdi. Çox zaman gənclərimizi tənqid edən, öncəki nəsillərlə müqayisə edənlər də yanıldıqlarını etiraf etdilər və bu gənclərin qəhrəmanlığını xalq olaraq hamı alqışladı.

Cənab Prezidentin 14 fevral tarixində keçirilən andiçmə mərasimində ölkə başçısı tarixi nitqində bu məsələyə bir daha toxundu. Gənc nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərələrimizə sadiq böyüməsinin əhəmiyyəti bir daha vurğulandı. Bu məsələdə böyük yük əlbəttə ki, ümumi təhsil müəssisələrinin, məktəb müəllimlərimizin üzərinə düşür. Erkən yaşlardan yeniyetmələrə düzgün Vətən sevgisi hisslərini aşılamaq, sözün əsl mənasında gənclərimizdə azərbaycançılıq, mərdlik, sədaqət, etibarlılıq, döyüşkənlik və mübarizə ruhunu formalaşdırmaq müasir müəllimlərin ən ümdə amalıdır. Hər birimiz çalışıdığımız sahədə ölkəmizdə gedən bu möhtəşəm işlərə töhfələrimizi vermək üçün əlimizdən gləni etməliyik. Əminik ki, Azərbaycanımızın gələcəyi parlaqdır və xalqımız bundan sonra hər zaman firavan və qalib xalq kimi yaşayacaq.

Nəsirova Qətibə
132-134 nömrəli Təhsil Kompleksinin Coğrafiya müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.