Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Təhsil Kompleksimizin ibtidai siniflərində ilk dərslər Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu.
Dərslərdə müəllimlər şagirdlərə xalqımızın Ümummilli Liderinin həyat yolu və zəngin siyasi irsi barədə geniş məlumat verdilər. Məktəblilər Ulu Öndərə həsr olunan təqdimatlarla çıxış etdilər, şerlər səsləndirdilər.
şagirdlərimiz üçün Kompleksin “Ulu Öndər Heydər Əliyev” Muzeyinə ekskursiyalar təşkil olundu.
Foto: Azərbaycan bölməsi “2 b”, “2 d”, “4 c”, Rus bölməsi “2 b”
Video: Azərbaycan bölməsi “3 c”