Kompleksimizin ibtidai sinif şagirdlərinin iştirakı ilə “My Free Time” (“Mənim asudə vaxtım”) adlı interaktiv dərs təşkil olundu. Dərsdə I, II və III sinif şagirdləri qruplar şəklində “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi” mövzusunda təqdimatlarla çıxış etdilər, oyunlar oynadılar, rəqslər etdilər, mahnılar ifa etdilər və müxtəlif səhnəciklər nümayiş etdirdilər.
Dərsdə “Uşaqlar boş vaxtlarını necə keçirməlidir və onu necə bölüşdürməlidir?”, “Asudə vaxtlarda hansı fəaliyyətlərlə məşğul olmaq olar?”, “Yaş xüsusiyyətləri nəzərə alınaraq hansı bədii ədəbiyyatları oxuya və həmin ədəbiyyatları necə əldə edə bilərlər?” kimi suallar cavablandırıldı və vurğulandı ki, uşaqların asudə vaxtlarının səmərəli təşkili onların inkişafında vacib istiqamətlərdən biridir. Asudə vaxtın səmərəli təşkil edilməsi uşaqların həm fiziki, həm də psixi sağlamlığına böyük təsir edir.
Dərsin təşkilində məqsəd məktəblilərin intellektual və yaradıcı inkişafına təkan vermək, şagirdləri intellektual fəaliyyətə daha geniş miqyasda cəlb etmək və asudə vaxtın səmərəli təşkilini təmin etmək idi. İbtidailərimiz maraqla iştirak etdikləri dərsdə həm əyləndilər, həm də yeni, faydalı biliklər əldə etdilər.
Təşkilatçı və rəhbər: Kompleksin təlim-tərbiyə işləri üzrə (profil) direktor müavini, ingilis dili müəllimi İbrahimova Çinarə