Martın 3-də 132-134 nömrəli Təhsil Kompleksində İdman Həftəsi çərçivəsində Olimpiya oyunları və sağlam həyat tərzi mövzularında Kompleksin Rus bölməsi üzrə bütün 7-ci sinif şagirdlərinin hazırladığı tədqiqat layihəsi təqdim olundu.
Kompleksin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Həsənlinin ümumi rəhbərliyi ilə həyata keçirilmiş layihə çərçivəsində bütün 7-ci sinif şagirdləri (“7 a”, “7 b”, “7 d”, “7 f” və “7 e”) Olimpiya oyunları və sağlam həyat tərzi mövzularında müstəqil araşdırmalar apardılar, müxtəlif maketlər düzəltdilər, rəsmlər çəkdilər, elektron təqdimatlar, videoçarxlar hazırladılar. Şagirdlər komandalar şəklində maraqlı və fərqli təqdimatlarla çıxış etdilər.
Qeyd edək ki, mövzu üzrə maketlər şagirdlərin STEAM dərslərindən qazandıqları biliklər əsasında hazırlanmışdır.
Layihənin reallaşmasında iştirak edən bütün müəllimələrə, 7-ci siniflərin sinif rəhbərlərinə – Əliyeva Lalə (“7 a”), Hüseynova Kəmalə (“7 b”), Əliyeva Rəna (“7 e”), Quliyeva Nuranə (“7 d”), Manafova Fəridə (“7 f”) və gözəl təqdimatlarla çıxış edən şagirdlərimizə təşəkkür edirik.