132-134 nömrəli Təhsil Kompleksində “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası və bu sahədəki vəziyyətin yoxlanılması üzrə müvafiq fəaliyyət ilboyu həyata keçirilir.
Təhsil Kompleksinin şagirdləri, eləcə də valideynlər məktəbin tibb personalı tərəfindən dispanserizasiyanın mahiyyəti və xəstəliklərin risk amilləri barədə mütəmadi maarifləndirilir, siniflərdə bu mövzuda açıqlamalar verilir, təqdimatlar keçirilir.
Məktəblilər qurd invaziyasına görə vaxtaşırı ambulator müayinəyə və müalicəyə cəlb edilirlər, yeniyetmələrin psixonevroloji və psixoloji skrininqləri aparılır. Bütün müvafiq tibbi prosedurlar üçün Kompleksin tibb məntəqəsi yüksək səviyyədə təchiz edilib.