Bu gün, 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən “6 b” sinifində şagirdlərin idrak prossesləri, diqqət və qavrayışı, məntiqi təfəkkürü, nitqi və ətraf aləm haqqında bilikləri, onların müstəqillik dərəcəsi və ətrafdakılarla ünsiyyət qabiliyyətlərini diaqnostika edən xüsusi dərs təşkil etdi. Dərsdə məktəblilərin əqli inkişafını tədqiq edən oyunlar və testlər işlənildi.
Psixoloq məktəblilərə ailə, məktəb və cəmiyyət anlayışlarının oxşarlığı və fərqlərini, məktəbin və müəllimin rolunu və vəzifələrini ətraflı izah etdi. Dərsin əsas məqsədi şagirdlərin hər birinin şəxsiyyət kimi formalaşmasında məktəbin rolunu anlatmaq və məktəbə, müəllimə hörmətlə yanaşmalarına çalışmaq idi.
Dərsdə şagirdlər müstəqil iş formatında “Məktəbə səhərlər sevinclə gedirəm”, “Məktəbdə əhval ruhiyyəm yaxşı olur”, “Bizim yaxşı sinif rəhbərimiz var”, “Məktəb müəllimlərinə kömək üçün müraciət etmək olar”, “Mənim sevimli müəllimim var”, “Sinifdə həmişə fikrimi söyləməkdən çəkinmirəm”, “Belə hesab edirəm ki, məktəbimizdə mənim istedadlarımın inkişafı üçün hər bir şərait var”, “Mənim xoşladığım fənlər var”, “Belə hesab edirəm ki, məktəbimiz məni müstəqil həyata hazırlayır”, “Yay tətilində məktəb üçün darıxıram” mövzularında essələr yazdılar.