Martın 6-da Təhsil Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəsrəddin Şəfiyevin rəhbərliyi və məktəblilərin iştirakı ilə “Heydər Əliyev irsi və azərbaycançılıq məfkurəsi” mövzusunda açıq dərs təşkil olunub.
Dərslərin əsas məqsədi Ümummilli Liderin dövlətçilik irsinin və azərbaycançılıq məfkurəsinin öyrənilməsi və təbliği, şagirdlərin bu sahədə biliklərinin zənginləşdirilməsindən ibarətdir.
Dərsdə məktəblilər görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndərin dövlətçilik ənənələrimizin dirçəldilməsi, müasir inkişafımızın təməlinin qoyulmasında misilsiz xidmətləri barədə çıxışlar ediblər. Xüsusilə vurğulanıb ki, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib.
Məktəblilər həmçinin Ulu Öndərə həsr edilmiş şeirlər səsləndiriblər.