Uşaq psixologiyasının formalaşmasında ailənin, ailənin olduğu qədər məktəbin və müəllimin rolu var. Günün yarısını məktəbdə keçirən şagirdə sinif yoldaşlarının, onunla bərabər yuxarı və aşağı siniflərdə təhsil alan uşaqların mümkün təsirini görməzdən gəlmək mümkün deyil. Təhsil mühiti uşağın davamiyyətinə, təhsilinə və hətta bütövlükdə həyatına təsir göstərir.
132-134 nömrəli Təhsil Kompleksində psixoloji xidmətin səviyyəsini artırmaq üçün ibtidai siniflərdən başlayaraq bütün yaş qrupları üzrə siniflərdə məktəblilərlə xüsusi məsləhət saatları keçirilir, Kompleksin psixoloqları şagirdlərlə ünsiyyətdə olurlar. Bu zaman diaqnostik işlər aparılır, şagirdin sinif yoldaşları ilə qarşılıqlı münasibətləri, uşağın məktəbə hazırlığı, ibtidai məktəbdən orta məktəbə keçməyə hazırlıq və s. məsələlərin keyfiyyətlə həll olunmasına nail olunur.
Bu gün, Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən bir çox ibtidai siniflərdə oldu, məktəblilərlə görüşdü və onlarla “Hüquqlarımızı bilək”, “Uşaq hüquqları”, “Dostluq” mövzusunda maarifləndirici, profilaktik məsləhətlər keçirdi. Söhbət zamanı məktəblilər həmyaşıdları ilə münasibətləri, bu zaman yaranan dostluqlar və mümkün çətinlikləri müəyyən etməyə çalışdılar, münasibətlərdə yaranan çətinliklər üzərində fərdi və qrup qaydada işləməyi öyrəndilər.