XƏBƏRLƏR
şərh yoxdu

18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə Kompleksimizin ibtidai sinif şagirdləri üçün Azərbaycan Milli Xalça Muzeyində və Şirvanşahlar Sarayı Kompleksində ekskursiyalar təşkil olundu.

Şagirdlərimizin böyük marağına səbəb olan ekskursiyalar zamanı məktəblilər həm Azərbaycan Milli Xalça Muzeyinin zəngin kolleksiyaları və sərgiləri ilə tanış oldular, həm də Azərbaycanda xalçaçılıq sənəti və qədim Azərbaycan xalça nümunələri barədə yeni biliklər əldə etdilər.

Rus bölməsi “2 c” sinif şagirdləri Şirvanşahlar Sarayı Kompleksində ekskursiyada oldular.

Ekskursiya zamanı məktəblilərə tarixi abidə və Muzeyin kolleksiya fondunda nümayiş olunan eksponatlar, eləcə də Şirvanşahlar Sarayında yaşamış tarixi şəxsiyyətlər və burada baş verən hadisələr barədə ətraflı məlumat verildi. Şagirdlər Muzeydə tariximizin müxtəlif dövrlərinə aid silah və sikkələr, məişət və bəzək əşyaları, qədim yaşayış kompleksinin ayrı-ayrı otaqları və bölmələri ilə yaxından tanış oldular.

Məktəblilər üçün bu formatda ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.

Foto: Rus bölməsi “1 a”, “1 b”, “2 a”, “2 c” və “3 a”

Ekskursiya rəhbərləri, pedaqoqlar: Nağıyeva İradə, Çeçkina Tatyana, Quliyeva Lalə, Qəniyeva Sevda, Qazıyeva Gülər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.