Bu gün, 27 sentyabr – Anım Günündə 132-134 nömrəli Təhsil Kompleksində bütün siniflərdə “VƏTƏN VAR OLSUN!” şüarı ilə günə başlanıldı, “HÜQUQUNDAN KEÇƏN ƏSGƏR, HƏRƏ BİR QƏHRƏMAN OLDU!” mövzusunda dərslər keçirildi.
Bütün siniflərdə Anım günü ilə bağlı təşkil olunan dərslərdə Vətən müharibəsi Şəhidlərinin xatirəsi ehtiramla yad edildi, məktəblilərə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumat verildi. Qeyd olundu ki, gənc və gələcək nəsillər hər daim Şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.
Məktəblilər Təhsil Kompleksinin Tarix Muzeyində yaradılmış Şəhid məzunlar guşəsini və Kompleksin qəhrəman məzun Şəhidlərinin barelyeflərini ehtiramla ziyarət etdilər və 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin əbədiyaşar xatirəsini böyük məhəbbət və qürurla yad etdilər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin əziz xatirəsi qəlblərimizdə əbədi olaraq yaşayacaq.
Foto: Azərbaycan bölməsi “5 b” sinifi, sinif rəhbəri Kompleksin Ərəb dili müəllimi Məmmədova Gülnara
#AnımGünü #ŞəhidlərimizəEhtiramla #QarabağAzərbaycandır