27 sentyabr – Anım Günündə 132-134 nömrəli Təhsil Kompleksinin IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) müəllim-şagird kollektivi Vətən müharibəsi Şəhidlərinin əbədiyaşar xatirəsini ehtiramla yad etdilər. Şagirdlər 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının tarixi Qarabağ Zəfəri və qəhrəman Azərbaycan Ordusunun şücaəti haqqında Azərbaycan və İngilis dilində çıxışlar etdilər.
#AnımGünü #ŞəhidlərimizəEhtiramla #QarabağAzərbaycandır