27 sentyabr – Anım Günündə Azərbaycan bölməsi 7-11-ci sinif şagirdlərinin iştirakı ilə “Vətən var olsun!” mövzusunda “dəyirmi masa” təşkil olundu. Məktəblilər Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunan Şanlı 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda əzmkar mübarizə, Azərbaycan gənclərinin yüksək vətənpərvərliyi və tarixi Qarabağ Zəfəri haqqında fikirlərini bölüşdülər. Müzakirə zamanı Azərbaycan əsgərinin döyüş meydanındakı qələbə əzmi, ölkə Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm qələbə xüsusi vurğulandı, torpaqlarımızın düşmən tapdağından azadlığı naminə canından keçən qəhrəman Şəhidlərimizin əziz xatirələri yad olundu. Qeyd olundu ki, 2020-ci ildə Azərbaycan əsgəri elə bir tarix yazdı ki, bu şanlı zəfər Azərbaycan var olduqca gənc və gələcək nəsillərə hər zaman örnək olacaq və gələn hər yeni nəsil Şəhidlərimizdən nümunə götürərək Vətənə şərəflə xidmət edəcək.
“Dəyirmi masa” Kompleksin Tarix müəllimi Aygün Əfəndiyevanın rəhbərliyi ilə təşkil olundu.