Rus bölməsi “4 c” sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiya Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi ilə təşkil olunub.
Məktəblilər Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv, sənədlər, eləcə də müxtəlif eksponatlarla tanış olublar və məlumatları ən son texnoloji yeniliklərdən istifadə edilməklə interaktiv formada əldə ediblər.
Şagirdlər Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olublar və sərgi eksponatları vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar öyrəniblər.
Ekskursiya rəhbəri: Muradova Oksana