Bu gün, V sinif şagirdləri üçün “Sağlam qidalanma” ilə bağlı maarifləndirici dərs keçirilib. “Sağlam qida – sağlam həyat tərzidir!” mövzusunda keçirilən maarifləndirici dərsin əsas məqsədi şagirdləri düzgün qidalanma yolları ilə tanış etmək, onlara sağlam və zərərli qidalar haqqında məlumat verməkdən ibarət olub.
Biologiya müəllimləri məktəblilərə sağlam qidalar haqqında məlumat verərək, qidalanmanın bir vərdiş olduğunu vurğulayıblar.