Cari il COP29-un (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının) paytaxt Bakıda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar məktəbimizdə təşkil olunan dərslərdə şagirdlərə COP29 barədə ətraflı məlumatlar təqdim edilir və məktəblilərlə fəal müzakirələr aparılır.
Dərslərdə şagirdlər mövzu ilə bağlı təqdimatlarla çıxış edir, COP29-un Azərbaycanda keçirilməsinin iqtisadi, siyasi, ictimai əhəmiyyətini müzakirə edir və bəşəriyyət üçün təhlükə yaradan ekoloji problemlərin həllinin vacibliyini vurğulayır.
Foto: Azərbaycan bölməsi “6 b” sinifi (Pedaqoq: Kompleksin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ağakərimova Elnarə), Rus bölməsi “7 a” və ” 7 c” sinifləri (Pedaqoq: Kompleksin Azərbaycan dili və ədəbiyyatı müəllimi Abbasova Mehriban)