XƏBƏRLƏR

IB DP şagirdləri Bakı Modern Təhsil Kompleksində təşkil olunan Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər

Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksinin IB DP 10-cu sinif şagirdləri Bakı Modern Təhsil Kompleksində təşkil olunan Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər və sərgidə təmsil olunan Türkiyə, ABŞ, İspaniya, Almaniya, Böyük Britaniya, Kanada və Birləşmiş Ərəb Əmirlikləri universitetlərinin stendləri ilə tanış oldular, xarici ölkə nümayəndələri ilə söhbət etdilər.

XƏBƏRLƏR

Görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevaya həsr edilən “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi

Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 85-ci ildönümünə həsr edilmiş “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi.

Tədbirdə böyük alimin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Təhsil Kompleksinin şagirdləri ictimai xadim, professor Aida xanım İmanquliyevanın zəngin elmi irsi və şərəfli, nümunəvi həyat yolu ilə bağlı çıxışlar etdilər.

Təhsil Kompleksinin direktor müavini Şəfəq Şirinova və professor Aida İmanquliyevanın tələbəsi olmuş, hazırda 132-134 nömrəli Təhsil Kompleksinin Ərəb dili müəllimi Gülnarə Məmmədova çıxış etdilər. Vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin unudulmaz məzunu Aida xanım İmanquliyevanın əziz xatirəsi, Onun şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən çoxsaylı insanların qəlbində əbədi olaraq yaşayacaqdır.

XƏBƏRLƏR

COP29 çərçivəsində “COP29 və iqlim dəyişmələri” mövzusunda maarifləndirici görüş keçirilib

Oktyabrın 7-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən COP29 çərçivəsində “COP29 və iqlim dəyişmələri” mövzusunda maarifləndirici görüş keçirilib.

Görüşdə ARTİ-nin şöbə müdiri Aynur Paşayeva, baş mütəxəssis Humay Cəbiyeva, ARTİ-nin əməkdaşı Fatma Sofiyeva və Təhsil Kompleksinin müəllimləri çıxış edərək məktəblilərə “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycanda keçirilməsinin siyasi, iqtisadi, ekoloji əhəmiyyətindən danışıblar. COP29-la bağlı məlumatların təhsil müəssisələrində təbliğ olunması, maarifləndirici görüşlərin keçirilməsi, ətraf mühitin qorunması üçün aksiyaların təşkil olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

ARTİ

XƏBƏRLƏR

27 sentyabr – Anım Gününə həsr olunan dərslər keçirildi

Bu gün, 132-134 nömrəli Təhsil Kompleksində bütün siniflərdə 27 sentyabr – Anım Gününə həsr olunan dərslər keçirildi.

Dərslərdə 44 günlük Vətən müharibəsi, xalqımızın tarixi Qarabağ Zəfəri və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda Şəhid olan Vətənin igid övladları haqqında şagirdlərə məlumat verildi. Məktəblilər Təhsil Kompleksinin Tarix Muzeyində yaradılmış Şəhid məzunlar guşəsini və Kompleksin qəhrəman məzun Şəhidlərinin barelyeflərini ehtiramla ziyarət etdilər.

İbtidai sinif şagirdləri Anım günü ilə bağlı təşkil olunan dərslərdə qəhrəman Şəhidlərə və tarixi Qarabağ Zəfərinə həsr olunan şerlər səsləndirdilər və rəsmlər çəkdilər.

Foto: Azərbaycan bölməsi “4 b”; Rus bölməsi “4 a”, “4 c”

XƏBƏRLƏR

Rus bölməsi “7 a” sinifində COP 29-a və ekologiyaya həsr olunan “Təbiətlə sülh bağlayaq” adlı xüsusi maarifləndirici dərs

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un cari ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar və “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində bu gün Rus bölməsi “7 a” sinifində ekologiyaya həsr olunan “Təbiətlə sülh bağlayaq” adlı xüsusi maarifləndirici dərs təşkil olundu.

Məktəblilərə təbiəti qorumağın vacibliyini çatdırmaq, ətraf mühitin mühafizəsinə münasibətlərini rasionallaşdırmaq, şagirdlərin ekoloji mədəniyyətini yüksəltmək məqsədilə dərsdə bu mövzularla bağlı məlumatlandırıcı sessiyalar təşkil olundu. Şagirdlər ekologiyanın qorunmasının vacibliyinə diqqət çəkən müxtəlif rəsm kompozisiyaları hazırladılar.

Pedaqoq: Kompleksin Coğrafiya müəllimi Hüseynova Nailə

XƏBƏRLƏR

Rus bölməsi “4 c” sinifində “COP 29” və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan dərs

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bu gün Rus bölməsi “4 c” sinifində 2024-2025-ci tədris ilinin ilk dərsi “COP 29” və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olundu. Bu maarifləndirici dərsin təşkilində məqsəd şagirdlərin ekoloji dünyagörüşü, təbiətə münasibəti, təbii sərvətlərin öyrənilməsi, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsi barədə məlumatlılığını artırmaqdan ibarətdir.

Məktəblilər təbiət və ekologiya ilə bağlı qlobal problemlərin əks olunduğu stendlər hazırladılar və mövzu ilə bağlı tədqiqat xarakterli ev tapşırıqlarını təqdim etdilər.

Pedaqoq: Qəniyeva Sevda

XƏBƏRLƏR

Azərbaycan bölməsi “4 c” sinifində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub

Azərbaycan bölməsi “4 c” sinifində 2024-2025-ci tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub. Məktəblilərə ekoloji tarazlığın qorunmasının əhəmiyyəti, ətraf mühitin mühafizəsi məsələsində hər kəsin diqqətli olmasının vacibliyi haqqında məlumat verilib və şagirdlər müxtəlif ekoloji problemlər mövzusunda sərbəst iş hazırlayıb təqdim ediblər. 

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bununla yanaşı, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən olunub.

Pedaqoq: Səfərova Pakizə