XƏBƏRLƏR

Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 85-ci ildönümünə həsr edilmiş “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi.

Tədbirdə böyük alimin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Təhsil Kompleksinin şagirdləri ictimai xadim, professor Aida xanım İmanquliyevanın zəngin elmi irsi və şərəfli, nümunəvi həyat yolu ilə bağlı çıxışlar etdilər.

Təhsil Kompleksinin direktor müavini Şəfəq Şirinova və professor Aida İmanquliyevanın tələbəsi olmuş, hazırda 132-134 nömrəli Təhsil Kompleksinin Ərəb dili müəllimi Gülnarə Məmmədova çıxış etdilər. Vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin unudulmaz məzunu Aida xanım İmanquliyevanın əziz xatirəsi, Onun şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən çoxsaylı insanların qəlbində əbədi olaraq yaşayacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.