XƏBƏRLƏR

Məktəb psixoloqu IB siniflərində uşaqların yaş dövrünə uyğun xarakter tiplərinin müəyyənləşdirilməsi üzrə mütəmadi konsultativ işlər təşkil edir

şərh yoxdu

Kiçik məktəb yaşı idrak proseslərinin intensiv inkişafı və keyfiyyətcə dəyişməsi, uşaqlarda şəxsiyyət formalaşması dövrüdür. Bu yaşlarda uşaqlarda xarakter formalaşır, onlar şüurlu və iradəli şəkildə davranmağa başlayırlar. Uşaq tədricən psixi prosesləri mənimsəyir, qavrayış, diqqət və yaddaşı idarə etməyi öyrənir. Məktəblilər həmyaşıdları, müəllimləri ilə yeni münasibətlər, yeni fəaliyyət növlərinə daxil olur. Bütün bunlar insanlar, kollektiv, öyrənmə fəaliyyəti və onlarla əlaqəli yeni münasibətlər sisteminin formalaşdırılması və möhkəmləndirilməsinə həlledici təsir göstərir, uşaqlarda bu yaşlarda xarakter və iradə formalaşır, maraq dairəsi genişlənir və yeni bacarıqlar inkişaf edir.

132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu Quliyeva Aytən ingilis bölməsi IB siniflərində uşaqların yaş dövrünə uyğun xarakter tiplərinin müəyyənləşdirilməsi, təlim fəaliyyətinin müvəffəqiyyəti və uşaqların sağlam psixoloji səviyyəsinin diaqnostikası üzrə şagirdlərlə ingilis dilində mütəmadi konsultativ işlər təşkil edir, məktəblilərlə profilaktik söhbətlər aparır.

XƏBƏRLƏR

Şagirdlərimiz Qazaxıstanlı məktəblilərlə birlikdə onlayn “Xoş gəldin, Novruz” tədbirində iştirak etdilər

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi “3 d” sinif şagirdləri Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasının Qazaxıstan Respublikası Almatı şəhəri S.Beqalin adına Mərkəzi şəhər Uşaq Kitabxanası ilə birlikdə keçirdiyi “Xoş gəldin, Novruz” adlı onlayn tədbirdə iştirak ediblər.

Onlayn görüşdə Qazaxıstanın Almatı şəhəri Kokil məktəbinin 3-cü sinif şagirdlərinin iştirakı ilə təşkil olunub.

Tədbirdə Azərbaycan və Qazaxıstan xalqlarının adət-ənənləri haqqında məlumat verilib, məktəblilər öz adət-ənənələrinə uyğun sənət nümunələri ilə çıxışlar edib, rəqslər, mahnılar, şerlər ifa ediblər.

Tədbirdə Azərbaycan məktəbliləri tərəfindən hazırlanaraq gözəl səhnə tərtibatında təqdim olunan “Bahar guşəsi”, bəzənmış Novruz xonçaları, “Səmənilər” qazaxıstanlı şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Pedaqoq: Rus bölməsi “3 d” sinif rəhbəri Cəfərova Gülnarə

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksi dünyaca məşhur TEDx tədbirinə evsahibliyi etdi

şərh yoxdu

Aprelin 2-də 132-134 nömrəli Təhsil Kompleksi IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) 10-cu sinif şagirdlərinin təşkilatçılığı ilə dünyaca məşhur TEDx tədbirinə evsahibliyi etdi.

“Maneələri aradan qaldıraq” (Breaking Barriers) şüarı ilə keçirilən tədbirdə çıxış edən natiqlər müxtəlif sahələrdə qarşılaşdıqları çağırışlar, manəelərlə mübarizə mövzularında bir-birindən maraqlı innovativ və motivasiyaedici çıxışlar etdilər və təcrübələrini konfrans iştirakçıları ilə bölüşdülər.

TEDx konfranslarının əsas məqsədi cəmiyyətin müsbət mənada düşüncə tərzini dəyişdirmək və onların fikirlərini yaxşıya doğru inkişaf etdirməkdir.

#TEDx #TEDtalks