Rus bölməsi “3 c” sinifində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2024-cü il münasibətilə dərs
Pedaqoq: Qəniyeva Sevda
Rus bölməsi “3 c” sinifində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2024-cü il münasibətilə dərs
Pedaqoq: Qəniyeva Sevda
Dekabrın 29-da 132-134 nömrəli Təhsil Kompleksində “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir keçirildi.
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı 132-134 nömrəli Təhsil Kompleksi tərəfindən 2023-cü il ərzində görülmüş işlərin müzakirə olunduğu tədbirdə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, şərəfli həyat yolu və fəaliyyəti barədə videoçarxlar nümayiş olundu və Təhsil Kompleksinin şagirdləri Ulu Öndər Heydər Əliyevin böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi xalqımızın taleyindəki xilaskarlıq rolu və müstəqil dövlətçilik naminə misilsiz xidmətlərinə həsr olunan ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Tədbirdə 132-134 nömrəli Təhsil Kompleksində “Heydər Əliyev İli” çərçivəsində görülmüş işlərə dair geniş hesabat təqdim olundu və çıxışlar dinlənildi.
Dekabrın 28-də 132-134 nömrəli Təhsil Kompleksinin Rus bölməsi Fransız modeli “4 a” sinif şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirildi.
“Heydər Əliyev İli” çərçivəsində təşkil olunan tədbirdə məktəblilər Azərbaycan dili və üç xarici dildə Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, şərəfli həyat yolu və fəaliyyəti barədə çıxışlar etdilər, şerlər və mahnılar səsləndirdilər.
“4 a” sinif şagirdlərinin mükəmməl çıxışları və gözəl səhnə hakimiyyəti ilə yadda qalan tədbirdə Fransız modeli bütün ibtidai sinif şagirdləri yaxından iştirak etdilər, Ulu Öndər Heydər Əliyevə və Azərbaycana həsr olunan mahnıları bütün zal birlikdə oxudular.
Tədbirin təşkilatçılığında və məktəblilərin çıxışlarının mükəmməl hazırlanmasında zəhməti olan sinif rəhbərinə, Azərbaycan, İngilis və Fransız dili müəllimlərinə təşəkkür edirik.
Sinif rəhbəri-Pedaqoq: Qaziyeva Gülər
Azərbaycan bölməsi “3 b” sinif şagirdləri Şarl Perronun “Little Red Riding Hood” (“Qırmızı papaq”) nağılını ingilis dilində yeni il tərtibatında səhnələşdirdilər.
Şagirdlər dünya uşaq ədəbiyyatının bu çox sevilən nağılında səhnəcikləri sevə-sevə, düzgün tələffüz, yerində işlənən jest və mimikalarla təqdim etdilər.
Yeni il münasibətilə səhnəciklərə Şaxta-baba və Qar qız da daxil oldu.
Səhnəciklər maraqla izlənildi və balaca aktyorlar alqışlandı.
Pedaqoqlar: Kompleksin İngilis dili müəllimi Əzimova Mehriban və 3 b” sinif rəhbəri Dadaşova Ayəndə
Dekabrın 22-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycanın yeni əsrdə yeni lideri olan möhtərəm cənab İlham Əliyevin birinci müddətə Prezident seçilməsinin 20 illiyinin tamam olması münasibətilə ölkə başçısının Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətlərinə həsr olunan “Azərbaycanın inkişafı son 20 ildə” mövzusunda məktəblilərin elmi-praktik konfransı keçirildi.
Konfransda Təhsil Kompleksinin yuxarı sinif şagirdləri Prezident İlham Əliyevin rəhbər obrazını şərtləndirən əsas xüsusiyyətlər, 44 günlük Vətən müharibəsində öz xalqını bir yumruq kimi birləşdirən, Ordusunu qələbədən-qələbəyə aparan, Zəfərdən sonra adını Müzəffər Ali Baş Komandan kimi Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdıran Prezident İlham Əliyevin komandanlığı ilə Vətən müharibəsindəki Qələbə, 2003-2023-cü illərdə ölkəmizin bütün sosial-iqtisadi sahələrində, o cümlədən elm və təhsilin inkişafında əldə olunmuş nailiyyətlər, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, ölkəmizin dünyaya inteqrasiyası istiqamətində həyata keçirilmiş mühüm tədbirlər haqqında Azərbaycan və Rus dillərində çıxışlar etdilər, mövzular üzrə məktəbli olaraq fikirlərini bildirdilər.
Konfransda 132-134 nömrəli Təhsil Kompleksinin “11 c” sinif şagirdləri Əliyeva Cənnət, Məlikov İlkin və Maksudova Tahirə, “10 a” sinif şagirdləri Mahmudova Fidan və Rzayeva Fatimə , “9 c” sinif şagirdləri Camalova Aişə və Cəlalova Safinaz, “9 b” sinif şagirdi Seyidəli Esra və “8 a” sinif şagirdi Məmmədli Məryəm çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi.
Konfransda çıxış edən 132-134 nömrəli Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova vurğuladı ki, müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirib genişləndirdiyi siyasət nəticəsində ölkəmiz misilsiz inkişaf yolu keçib, Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi müşahidə olunub. Vətən müharibəsində əldə edilən böyük qələbə, antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpası Ulu Öndər Heydər Əliyev yolunun və İlham Əliyev siyasətinin təntənəsi oldu. Direktor bugünkü konfransda çıxış edən məktəbliləri böyük fərəhlə izlədiyini qeyd etdi və diqqətə çatdırdı ki, biz bu gün bir daha əmin olduq ki, Azərbaycan gəncləri, yeniyetmələri Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyalarının, möhtərəm Prezidentimiz İlham Əliyevin böyük uğurla həyata keçirdiyi və Azərbaycan xalqının mənafeyinə xidmət edən siyasi yolun davamçılarıdır. S.Xanlarova qalib dövlətdə qalib vətəndaşlar kimi böyüyən məktəblilərə dünyanın istənilən ölkəsində yaşasalar, təhsil alsalar da hər zaman azərbaycanlı olmaqları ilə fəxr etməyi, hansı fəaliyyət sahəsində işləməklərindən asılı olmayaraq Azərbaycanın inkişafı, yüksəlişi naminə çalışmağı tövsiyə etdi.
Kofransda Təhsil Kompleksinin Tarix müəllimləri Səmədova Tünzalə və Səfərəliyeva Sevinc çıxış etdilər. Çıxışlarda müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən amillər, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən çoxşaxəli siyasətinin müxtəlif aspektləri, dövlət başçısının xarizmatik liderlik və yüksək idarəçilik məharəti, Azərbaycanın dünya miqyasında güclü, müsbət imici xüsusi vurğulandı.
Konfransda qalib xalqın qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin Azərbaycanda dövlət quruculuğuna və xalqımızın müstəqilliyinə həsr olunan həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olundu.
Konfransda bütün çıxışlarda əminlik ifadə olundu ki, Azərbaycanın yeni əsrdə yeni lideri olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır. Son 20 ildə olduğu kimi, bundan sonra da uzun illər xalqımız Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.
Rus bölməsi “2 e” sinifində inteqrasiya olunmuş “Riyaziyyat” və “Texnologiya” dərslərindən maraqlı fotolar.
İbtidailərimiz dərslərdə həm öyrənir, həm əylənir.
Pedaqoq: Məmmədova Səriyyə
“Heydər Əliyev İli” çərçivəsində dekabrın 21-də Təhsil Kompleksinin Azərbaycan bölməsi “8 b” sinif şagirdlərinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyev – 100 il” mövzusunda İngilis dili fənni üzrə nümunəvi dərs təqdim olunub.
Dərsdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Məktəblilər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycanı dönməz müstəqilliyə, yüksək rifaha, inkişafa doğru aparan əbədiyaşar ideyalarına dair hazırladıqları kompozisiyaları İngilis dilində təqdim ediblər.
Tədbirdə Azərbaycan, İngilis və Rus dillərində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş çıxışlar edilib, şeirlər və mahnılar səsləndirilib.
Pedaqoqlar: Kompleksin İngilis dili müəllimi Əzimova Mehriban, “8 b” sinif rəhbəri, Kompleksin Biologiya müəllimi Məmmədova Məlahət
132-134 nömrəli Təhsil Kompleksində TİKA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Bakı Proqramı Koordinatorluğunun təşkilatçılığı ilə “Sağlam qidalanma” mövzusunda seminar keçirildi.
Seminarda mütəxəssislər sağlam qidalanma və sağlam həyat tərzi mövzusunda məktəblilər üçün maraqlı təqdimatla çıxış etdilər. Qeyd olundu ki, sağlam qidalanma balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrindən ibarətdir. Sağlam həyat tərzi sürməyin yeniyetmə orqanizmi üçün vacibliyini vurğulayan mütəxəssislər sağlam qidalanma ilə yanaşı sağlamlıq üçün fiziki aktivliyin əhəmiyyət kəsb etdiyini, bu fiziki aktivliyin də davamlı və planlaşdırılmış formada həyata keçiriləməsinin lazımlı olduğunu bildirdilər.
Məktəblilərin böyük marağına səbəb olan təqdimatda sağlam qidalanma üçün zəruri məhsullar və onların gündəlik qida norması barədə məlumat verdikdən sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.
15-16 dekabr 2023-cü il tarixlərində Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib.
İki gün davam edən qurultayda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, “Ümumi təhsilin məzmununa müasir yanaşmalar”, “Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar”, “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi”, “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüş”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, “Müasir dövrdə riyaziyyat fənninin tədrisi”, “Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış”, “Xarici dillərin öyrənilməsi: yeni imkanlar”, “İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu”, “İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s. mövzularda panellərdə müzakirələr aparılıb.
Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib.
132-134 nömrəli Təhsil Kompleksinin PYP IB (International Baccalaureate/ Beynəlxalq Bakalavriat Proqramı) ibtidai siniflərində maraqlı dərslər
Pedaqoq: IB PYP koordinatoru Mövsümova Aysel