XƏBƏRLƏR

“İnternetdə olan təhlükələr və ondan müdafiə yolları” mövzusunda interaktiv dərslər

Hazırda ölkəmizdəki məktəblərdə müasir texnologiyalarla təchiz olunmuş baza yaradılıb, şagirdlərin İKT biliklərini artırması üçün hər cür şərait təmin olunub.

İnternetin əlçatanlığı sayəsində qısa zaman kəsiyində istənilən elmi, tarixi, mədəni, həmçinin təhsillə bağlı məlumatları asanlıqla əldə etmək mümkündür. Ancaq təəssüf ki, bu imkanlardan bəzən mənfi, məqbul olmayan məqsədlər üçün də istifadə edilir. Məhz bu səbəbdən geniş seçim imkanı yaradan sürətli informasiya axınında istifadəçini internet təhlükələrindən, xüsusən uşaqların psixologiyasına mənfi təsir edən zərərli kontentlərdən qorumaq vacibdir.

132-134 nömrəli Təhsil Kompleksində məktəb psixoloqları bütün siniflərdə mütəmadi olaraq “İnternetdə olan təhlükələr və ondan müdafiə yolları” mövzusunda interaktiv dərslər təşkil edir. Uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması məqsədilə təşkil olunan bu dərslərdə mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verilir, informasiya texnologiyalarının və internetin həyatımızdakı rolundan bəhs edilir.

Dərslərdə şagirdlərə zərərli informasiya mənbələrini təbliğ edən resurslardan qorunmaq, internetdən təhlükəsiz şəkildə istifadə etməyin yolları barədə ətraflı məlumat verilir və məktəblilərin mövzu ilə bağlı fikirləri dinlənilərək sualları cavablandırılır.

XƏBƏRLƏR

Rus bölməsi “3 d” sinif şagirdləri “Farhause” neon ev-sənət muzeyində ekskursiyada oldular

Rus bölməsi “3 d” sinif şagirdləri “Farhause” neon ev-sənət muzeyində ekskursiyada oldular.

İkimərtəbəli unikal neon ev muzeyi “Farhouse”da sərgi zallarında naxışlarla bəzədilmiş heykəltəraşlıq, metal üzərində nəqqaşlıq, rəssamlıq, vitraj və s. müxtəlif sənət nümunələri ilə maraqla tanış olan məktəblilər üçün xüsusi neon boyaların istifadə olunduğu master-klass təşkil olundu.

Ekskursiya rəhbəri: Pedaqoq Əşrəfova Nərgiz

XƏBƏRLƏR

8 Noyabr – Zəfər Günü münasibətilə “Ata vəsiyyəti və inamlı Zəfər!” adlı bayram tədbiri

şərh yoxdu

132-134 nömrəli Təhsil Kompleksində 8 Noyabr – Zəfər Günü münasibətilə “Ata vəsiyyəti və inamlı Zəfər!” adlı bayram tədbiri keçirildi.

Tədbirdə Kompleksin qəhrəman Şəhid məzunlarının və Səbail rayonunun on altı nəfər Şəhidinin valideynləri, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayon ziyalıları iştirak etdilər.

İlk öncə 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidləri Fərid Əliyev, Yusif Budaqov və Nicat Tarıverdiyevin Təhsil Kompleksindəki xatirə barelyefləri ziyarət olundu və 44 günlük Vətən müharibəsinin bütün qəhrəman Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kompleksin Akt zalında tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Şanlı Qələbənin üçüncü ildönümünə, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə, qəhrəman Azərbaycan Ordusunun rəşadətinə və Vətənin suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda edən Şəhidlərimizə və Səbail rayonunun Şəhidlərinə həsr olunan çıxışlar edildi, məktəblilər tərəfindən hazırlanan və ifa olunan ədəbi-bədii kompozisiya təqdim olundu.

Bayram tədbirində vurğulandı ki, müasir müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi elə bir möhtəşəm hadisədir ki, Şuşanı, Qarabağı, Xocalını, Xankəndini 30 illik işğaldan, Azərbaycanın əzəli torpaqlarını iki əsrlik düşmən tapdağından azad edən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, dünyamiqyaslı siyasətçi İlham Əliyev xalqımızın əbədi milli qəhrəmanıdır.

Tədbir qürur və fəxr dolu duyğulu anlarla yadda qaldı.

Qələbən mübarək, Şanlı Azərbaycan! Yaşasın qəhrəman Azərbaycan xalqı! Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun! QARABAĞ AZƏRBAYCANDIR!

 

XƏBƏRLƏR

IX və X siniflərdə “We are victorious!” (“Biz qalibik!”) adlı inteqrativ və yaradıcı dərs təşkil olundu

şərh yoxdu

Noyabrın 7-də Rus bölməsi “10 a” sinifində “8 Noyabr – Zəfər günü” və 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının şanlı Qələbəsinin üçüncü ildönümü münasibətilə “İngilis dili” və “Azərbaycan dili” fənn müəllimlərinin rəhbərliyi ilə “WE ARE VICTORIOUS!” (“BİZ QALİBİK!”) adlı inteqrativ və yaradıcı dərs təşkil olundu. Dərsdə “10 a” sinif şagirdləri ilə yanaşı, “10 c” və “9 b” sinif şagirdləri, həmçinin İngilis dili metodistləri və müəllimləri iştirak etdilər.

Dərsdə məktəblilər Qarabağın tarixi, mədəniyyəti, Azərbaycan xalqının 44 günlük Zəfər yolu, Azərbaycan xalqına tarixi Zəfər qazandıran Ali Baş Komandan və şücaətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz, əbədiyaşar Şəhidlərimiz haqqında Azərbaycan və İngilis dillərində təqdimatlarla çıxış etdilər.

Pedaqoqlar: Kompleksin İngilis dili müəllimi Abbasova Sevinc və Azərbaycan dili müəllimi Əliyeva Rəna

 

XƏBƏRLƏR

132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidi Fərid Əliyevin evi ziyarət olundu

şərh yoxdu

Azərbaycan bölməsi “5 b” sinifində “8 Noyabr – Zəfər günü”nə həsr olunan xüsusi dərslər təşkil olundu.

Məktəblilər 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidi Fərid Əliyevin evini ziyarət etdilər və 44 günlük Vətən müharibəsinin qəhrəmanı, Şuşa döyüşlərinin Qələbə Şəhidi Fəridin ailə üzvləri, valideynləri, həyat yoldaşı və Vətənə əmanət övladları ilə görüşdülər. Görüş zamanı unudulmaz məzunumuz haqqında xatirələr dinlənildi, qəhrəman Azərbaycan zabitinin həyat və döyüş yolunun gənc və gələcək nəsillər üçün böyük nümunə olduğu vurğulandı.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəmanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır. Ruhunuz şad olsun, igid Vətən oğulları!

Sinif rəhbəri: Kompleksin Ərəb dili müəllimi Məmmədova Gülnara

XƏBƏRLƏR

İbtidai siniflərimizdə “8 Noyabr – Zəfər günü”nə həsr olunan dərslər və ekskursiyalar

şərh yoxdu

İbtidai siniflərimizdə “8 Noyabr – Zəfər günü” və 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının şanlı Qələbəsinin üçüncü ildönümü münasibətilə xüsusi dərslər keçirildi və şagirdlərimiz üçün ekskursiyalar təşkil olundu.

Foto: Azərbaycan bölməsi “2 b”, “3 b”, Rus bölməsi “1 a”, “1 b”, “1 f”, “2 a”, “2 b”, “2 d”, “3 b”, “3 c”, “4 c”

Video: Azərbaycan bölməsi “2 b”, “3 b”, Rus bölməsi “1 b”, “2 b”, “2 d”

 

 

 

 

XƏBƏRLƏR

Azərbaycan bölməsi “7 c” sinifində İngilis dili dərsi “8 Noyabr – Zəfər Günü”nə həsr olundu

şərh yoxdu

Noyabrın 7-də Azərbaycan bölməsi “7 c” sinifində İngilis dili dərsi “8 Noyabr – Zəfər Günü”nə həsr olundu.

Dərsdə məktəblilər Qarabağın tarixi, mədəniyyəti, Azərbaycan xalqının 44 günlük Zəfər yolu, Azərbaycan xalqına tarixi Zəfər qazandıran Ali Baş Komandan və şücaətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz, əbədiyaşar Şəhidlərimiz haqqında təqdimatlarla çıxış etdilər.

Dərsdə həmçinin İngilis dilində “Breyn-rinq” intellektual yarışı keçirildi. Məktəblilər Azərbaycanın və Qarabağın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, memarlıq abidələri haqqında ingilis dilində səsləndirilən suallara sürətli cavab tapmaq üçün bir-biriləri ilə yarışdılar və sonda dostluq qazandı.

Müəllimlər: Kompleksin İngilis dili müəllimləri Fərəcullayeva Yadigar və Qarayeva Aybəniz

XƏBƏRLƏR

VII siniflərdə “8 noyabr – Zəfər Günü”nə həsr olunan xüsusi dərslər

şərh yoxdu

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının şanlı Qələbəsinin üçüncü ildönümü münasibətilə Təhsil Kompleksində milli bayram “8 noyabr – Zəfər Günü”nə həsr olunan xüsusi dərslər keçirildi.

Foto: Rus bölməsi “7 a” və “7 b” sinifləri

Pedaqoqlar: Kompleksin Azərbaycan dili müəllimləri Əliyeva Rəna, Əhmədli Bikə, Abdullayeva Təranə