Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksinin IB DP 10-cu sinif şagirdləri Bakı Modern Təhsil Kompleksində təşkil olunan Beynəlxalq Təhsil Sərgisində iştirak etdilər və sərgidə təmsil olunan Türkiyə, ABŞ, İspaniya, Almaniya, Böyük Britaniya, Kanada və Birləşmiş Ərəb Əmirlikləri universitetlərinin stendləri ilə tanış oldular, xarici ölkə nümayəndələri ilə söhbət etdilər.
Məktəb psixoloqları ibtidai sinif şagirdləri ilə görüşdülər
132-134 nömrəli Təhsil Kompleksinin psixoloqları Quliyeva Aytən və Əhmədova İnarə bu gün Azərbaycan və Rus bölməsi üzrə “Sağlam təhsil” ibtidai siniflərində oldular və şagirdlərlə “Sinifdə birlik və sağlam psixoloji mühitin yaradılması” mövzusunda söhbətlər apardılar, oyunlar təşkil etdilər.
Görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevaya həsr edilən “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi
Oktyabrın 10-da 132-134 nömrəli Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida xanım İmanquliyevanın anadan olmasının 85-ci ildönümünə həsr edilmiş “Könülləri fəth edən elm fədaisi” adlı tədbir keçirildi.
Tədbirdə böyük alimin həyat və fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olundu. Təhsil Kompleksinin şagirdləri ictimai xadim, professor Aida xanım İmanquliyevanın zəngin elmi irsi və şərəfli, nümunəvi həyat yolu ilə bağlı çıxışlar etdilər.
Təhsil Kompleksinin direktor müavini Şəfəq Şirinova və professor Aida İmanquliyevanın tələbəsi olmuş, hazırda 132-134 nömrəli Təhsil Kompleksinin Ərəb dili müəllimi Gülnarə Məmmədova çıxış etdilər. Vurğulandı ki, 132-134 nömrəli Təhsil Kompleksinin unudulmaz məzunu Aida xanım İmanquliyevanın əziz xatirəsi, Onun şəxsiyyətini və elmi irsini yüksək dəyərləndirən çoxsaylı insanların qəlbində əbədi olaraq yaşayacaqdır.
COP29 çərçivəsində “COP29 və iqlim dəyişmələri” mövzusunda maarifləndirici görüş keçirilib
Oktyabrın 7-də 132-134 nömrəli Təhsil Kompleksində Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən COP29 çərçivəsində “COP29 və iqlim dəyişmələri” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşdə ARTİ-nin şöbə müdiri Aynur Paşayeva, baş mütəxəssis Humay Cəbiyeva, ARTİ-nin əməkdaşı Fatma Sofiyeva və Təhsil Kompleksinin müəllimləri çıxış edərək məktəblilərə “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycanda keçirilməsinin siyasi, iqtisadi, ekoloji əhəmiyyətindən danışıblar. COP29-la bağlı məlumatların təhsil müəssisələrində təbliğ olunması, maarifləndirici görüşlərin keçirilməsi, ətraf mühitin qorunması üçün aksiyaların təşkil olunmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.