Bu gün Rus bölməsi “2 c” sinif şagirdləri 2 aprel – Beynəlxalq Uşaq Kitabı günü münasibətilə Təhsil Kompleksinin kitabxanalarını ziyarət etdilər və uşaq hüquqlarına, multikulturalizm dəyərlərinə, kitablara, kitabxanalara, kitab oxumağın insan həyatındakı roluna həsr olunan “Kitab keçmişi qoruyur, kitabxana isə gələcəyi formalaşdırır” adlı xüsusi dərsdə iştirak etdilər. “2 c” sinif rəhbəri, pedaqoq Sevda Qəniyevanın rəhbərliyi ilə təşkil olunan dərsdə məktəblilər uşaq hüquqları, insan hüquqlarının hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, kitablar və kitab oxumağın əhəmiyyəti haqqında təqdimatlarla çıxışlar etdilər və mövzu ilə bağlı hazırladıqları posterləri təqdim etdilər.
Kompleksin kitabxanaçıları yeni oxucularına kitabxanalarımızda qorunan zəngin Azərbaycan və dünya ədəbiyyatı nümunələri haqqında məlumat verdiləri, həmçinin balacalarımızı kitabxana qaydaları ilə tanış etdilər.
İnteraktiv formatda təşkil olunan dərs məktəblilərin böyük marağına səbəb oldu.
Pedaqoq: Qəniyeva Sevda