XƏBƏRLƏR

Azərbaycan bölməsi “8 ç” sinif şagirdləri “Farhause” neon ev-sənət muzeyində ekskursiyada oldular.

Unikal neon ev muzeyi “Farhouse” iki mərtəbədən ibarətdir. Ev sahibi və bütün bunların yaradıcısı, neon sənətinin nümayəndəsi, nəqqaş-rəssam Fərid Ələkbərov da orada yaşayır. Əlavə olaraq su səviyyəsindən bir qədər aşağıda yerləşən industrial stildə olan bir ərazi də var ki, ora kiçik sərgi zalı funksiyasını yerinə yetirir. Burada F.Ələkbərovun öz işlərindən başqa onun dostlarının və həmkarlarının işləri nümayiş olunur. Elə bu da “Farhouse”un spesifik xüsusiyyətlərindəndir – o, özlüyündə bir növ art-holdinqi birləşdirir. Təsviri sənətin müxtəlif növləri – heykəltəraşlıqdan tutmuş metal üzərində nəqqaşlığa, rəssamlıqdan vitrajlara qədər, bir sıra müəlliflərin işləri həmin neon naxışlarla birləşib.

F.Ələkbərovun istifadə etdiyi neon boyalar adi gün və ya elektrik işığında zəif görünür, ya da ümumiyyətlə görünmür. Amma qaranlıq yaradıb, xüsusi ultra-bənövşəyi işıq yandırmaq kifayətdir ki, insan paralel – mistik və hədsiz gözəl reallığa qərq olsun.

Qeyd edək ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. İşıq illüziyası və 3D effektinin köməyi ilə neon boyası ilə çəkilən şəkillər canlandırılır.

Ekskursiya rəhbəri: “8 ç” sinif rəhbəri, Kompleksin İngilis dili müəllimi Əzimova Mehriban

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.