Martın 6-da Təhsil Kompleksinin “Azərbaycan dili və ədəbiyyat” fənn kafedrası müəllimlərinin iştirakı ilə “Heydər Əliyev ili”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə olan böyük sevgisi” mövzusunda “dəyirmi masa” keçirilib.
Fənn müəllimləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin, milli-mənəvi mirasımızın qorunması və inkişafı istiqamətində misilsiz xidmətləri, Ümummilli Liderin Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və ədəbiyyatının inkişafında əvəzolunmaz rolu, ədəbiyyat və söz sənəti adamlarına göstərdiyi yüksək diqqət və qayğı haqqında hazırladıqları təqdimatlarla “dəyirmi masa” ətrafında çıxışlar ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olan və qrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, məsələn, BDU-nun 50 illiyinə həsr olunmuş yubiley toplantısında, yenə həmin ali məktəbin partiya konfransında, yüksək dövlət səviyyəsində aparılan başqa müşavirələrdə ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi dönəmdə Heydər Əliyev Azərbaycan SSR dövlət ictimai orqanlarında, maarif idarələrində Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. XX əsrin 70-ci illərinin əvvəllərindən mənəvi mühitin sağlamlaşdırılması istiqamətində başlanan iş müstəqillik illərində də davam etdirilir. Vurğulandı ki, Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək kamillik zirvəsinə çatdı. Bu şərəfli missiya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən eyni qayğı və həssaslıqla davam etdirilir. Ana dilimizə göstərilən xüsusi qayğı baxımından “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il fərmanı xüsusi əhəmiyyətə malikdir.
Beləliklə, bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafı və onun dövlət səviyyəsində işlədilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları və müstəqil Azərbaycan dövlətçiliyi üçün misilsiz xidmətləri gənc nəsilə müəllimlərimiz tərəfindən həvəslə öyrədirilir və yeniyetmələr milli-mənəvi dəyərlərimiz ruhunda vətənpərvər şəxsiyyətlər kimi formalaşır.