XƏBƏRLƏR

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2022-ci ilin mart və aprel aylarında paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin və eyni adlı elmi-praktiki konfransın Bakı şəhəri üzrə qalibi 132-134 nömrəli Təhsil Kompleksinin Azərbaycan bölməsi IX sinif şagirdi Mahmudova Fidan Mürsəl qızı Bakı Şəhər İcra Hakimiyyətinin sertifikatı ilə təltif olunub.

Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşılarının seçilərək kitab şəklində çap olunması qərara alınıb və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” adlı növbəti kitab işıq üzü görüb. Kitabda şagirdimiz Mahmudova Fidanın “Vətən müharibəsində qələbəni şərtləndirən amillər” mövzusunda hazırladığı və elmi-praktiki konfransa təqdim etdiyi referat nəşr olunub.

Qalib şagirdimiz Fidanı və elmi rəhbəri Kompleksin Tarix müəllimi Əfəndiyeva Aygün xanımı paytaxt məktəbliləri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfransda uğurlu çıxışları münasibətilə təbrik edir, onlara gələcəkdə yeni təhsil nailiyyətləri və uğurlar arzu edirik. Təbriklər və uğurlar, Fidan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.