XƏBƏRLƏR
şərh yoxdu

Diqqətin inkişaf səviyyəsi uşağın məktəb təlimində müvəffəqiyyət qazanmasında çox böyük rol oynayır. Uşağın təhsildə uğur qazanması üçün ilk növbədə onun diqqətini və müşahidəçilik qabiliyyətini tərbiyə etmək lazımdır. Məktəbli uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu səbəblə 132-134 nömrəli Təhsil Kompleksində Kompleksin psixoloqları tərəfindən “Uşaqların estetik və yaradıcı inkişafı” mövzusunda xüsusən ibtidai siniflərdə fərdi və qrup halında məsləhətlər keçirilir.

Kompleksin psixoloqu Quliyeva Aytən şagirdlərlə mütəmadi olaraq bu mövzu ətrafında görüşlər, məsləhətlər təşkil edir. Bu zaman psixoloq uşaqlarla yaddaş, diqqət, təfəkkür, öz hisslərini dərk və idarə etmək, digər insanların hisslərini tanımaq və anlamaq qabiliyyəti, təsvir prosesində rəng çalarlarından istifadə, motorika, məsələnin həllini axtararkən özünəinam və müstəqillik nümayiş etdirmək, ünsiyyət vərdişləri, öz yanaşmalarını izah etmək və müdafiə etmək qabiliyyəti mövzularında söhbətlər aparır və konkret tapşırıqlar əsasında uşaqlara bu mövzuları izah edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.