Azərbaycan bölməsi “3 c” sinif şagirdləri bu gün Azərbaycan dili dərsində “Odlar Yurdu Azərbaycan” adlı mövzunu öyrəndilər və məktəblilər üçün dərs çərçivəsində Şirvanşahlar Saray kompleksinə ekskursiya təşkil olundu.
Ekskursiya çərçivəsində məktəblilər Azərbaycanda dövlətçilik tarixi, “Şirvanşahlar dövləti” və Şirvanşahlar sarayının tarixi, sarayın daxilində nümayiş olunan stendlər və eksponatlarla yaxından tanış oldular.
Pedaqoq: Qurbanova Törə