27 sentyabr – Anım Günündə Azərbaycan bölməsi “8 a” sinif şagirdlərinin iştirakı ilə “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu!” mövzusunda dərs təşkil olundu. Dərsdə məktəblilər Qarabağın tarixi, Ermənistanın Azərbaycana qarşı əsrlərdir davam edən ərazi iddiaları, münaqişə dövründə Azərbaycanın sülh naminə diplomatik səyləri, 2020-ci il Vətən müharibəsi və xalqımızın tarixi Qarabağ Zəfəri haqqında çıxışlar etdilər.
Məktəblilər 132-134 nömrəli Təhsil Kompleksinin qəhrəman məzun Şəhidlərinin gənc və gələcək nəsillərə nümunə olan şərəfli həyat və döyüş yolu barədə danışdılar və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman əsgər və zabitlərimizi, bütün Şəhidlərimizi dərin ehtiramla yad etdilər.
Dərs Kompleksin Tarix müəllimi Pərvanə Xəlilovanın rəhbərliyi ilə təşkil olundu.










