132-134 nömrəli Təhsil Kompleksində məktəblilər arasında sağlam həyat tərzinin təbliği, sağlam qidalanma və hər idman növünün spesifik xüsusiyyətləri haqqında maarifləndirmə işləri mütəmadi davam etdirilir.
İdman uşaqların təkcə fiziki deyil, eyni zamanda psixoloji sağlamlığının təməlidir. Xüsusən də, yeniyetmə yaşda olanların idmana yönləndirilməsi çox vacibdir. Bu, hər şeydən əvvəl uşağın pis vərdişdən uzaq durması, gələcəkdə sağlam olması baxımından önəmlidir. Sağlam həyat tərzi üçün eyni zamanda düzgün və sağlam qidalanma, eləcə də hər yaş dövrü üçün zəruri günlük qida rasionların qəbuluna diqqət edilməlidir.
Təhsil Kompleksinin psixoloqları Əhmədova İnarə və Quliyeva Aytən bu gün VI sinif şagirdləri ilə görüşdülər və “Olimpiadaya hazırlıq – mən hansı idman növünü sevirəm? İdmanla məşğul olan yeniyetmə necə qidalanmalıdır?” mövzusunda söhbətlər təşkil etdilər. Söhbət zamanı psixoloqlar sağlamlıq, gigiyena qaydaları, düzgün qidalanma, idmançıların psixoloji hazırlığı, yarış anı və yarış sonrası, qalibiyyət və məğlubiyyət, beyin fiziologiyası ve idmançı performansı, empatiya ve idman, hədəfə istiqamətlənmə mövzularında şagirdlərə məlumat verir və onların suallarını cavablandırırlar.